RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəElanlar
Görüş yeri - Qarabağ Yan 13, 2019 | 21:26

AZTV MƏDƏNİYYƏT KANALI
13 yanvar saat 20.00

2018-ci il dekabrın 24-də, yeni il astanasında Qaçqınların və Məcburi Kökünlərin İşləri Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Muğam Mərkəzində xalq musiqisindən ibarət dinləməyə layiq bir musiqi məclisi qurulmuşdu.
Tamaşaçılar Ağdamdan, Füzulidən, Cəbrayıldan, Zəngilandan, Laçından, Kəlbəcərdən, Qubadlıdan, Şuşadan, Ağdərədən, Xocalıdan, Xocavənddən olan köçkünlər, Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımız idi.
Komitə sədri Rövşən Rzayev rica etmişdi ki, konsertdən öncə bir neçə kəlmə deyim.
Əlbəttə ki, bu əziz auditoriya qarşısında çıxış etməmək, yeni il ərəfəsində onların könüllərini ovunduracaq xoş sözlər deməmək günah olardı. 
Əvvəldə çıxış etdim, amma konsertin sonunda şaqraq səsli yeniyetmələrin oxduğu "Qarabağ şikəstəsi" məni səhnəyə yenidən qalxmağa vadar etdi.

Bu bazar günü - yanvarın 13-də axşam saat 8-də Azərbaycan Televiziyasının Mədəniyyət kanalında 2 saata yaxın çəkən, cavan və orta nəsil ən yaxşı xalq musiqisi ifaçılarımızın qovuşduğu "GÖRÜŞ YERİ -- QARABAĞ" adlı həmin konserti dinləsəniz, ümid edirəm, zövq alacaqsınız.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook