RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəElanlar
Xətainin qılıncı və qələmi. Musiqili ədəbi gecə Fev 10, 2018 | 21:08

XƏTAİNİN QILINCI VƏ QƏLƏMİ

AZTV MƏDƏNİYYƏT kanalı

16 FEVRAL saat 19.30

2017-ci ilin 23-24 noyabrında Nİzami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində milli tariximizdə müstəsna yeri olan Şah İsmayıl Xətainin anadan olmasının 530 illiyi ilə əlaqədar olaraq musiqili ədəbi gecə və onun ardınca da respublika elmi konfransı keçirdik.Konfransın materialları ayrıca kitab kimi nəşr edilib.
Azərbaycan Milli Televiziyası lütfkarlıqla Şah İsmayıl Xətaiyə həsr edilən musiqili ədəbi gecənin lentə alınması üçün çəkiliş maşınları göndərmişdi.Artıq həmin tədbirin efir variantı hazırdır. Görkəmli elm və mədəniyyət xadimlərinin, tanınmış musiqiçilərimizin iştirak etdiyi həmin məclisi iki saat yarım boyunca gələn həftənin cümə günü, fevralın 16-da Mədəniyyət kanalında saat 19.30-dan 22-dək seyr edə biləcəksiniz.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook