RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəElanlar
Məhsəti zirvəsi İyun 09, 2018 | 10:11

AZTV 
MƏDƏNİYYƏT KANALI 
10 İYUN saat 14.00
“Məhsəti zirvəsi”. İkinci hissə: “Qocalmaz sevgi”

MƏHSƏTİ ZİRVƏSİ
Iki hissəli bu film 5 il öncə, 2013-ün bir neçə ayı ərzində çəkilib.
Çəkiliş məkanımız Bakı, İçərişəhər, Qala kəndi, Gəncə şəhəri, Göygöl, Maral göl tərflər oldu. 
Həmin il UNESCO xətti ilə Məhsəti Gəncəvinin 900 illiyi keçirilirdi və biz o münasibətlə şairənin həyat və yaradıcılığı ilə bağlı müxtəlif dillərdə 27 kitab nəşr etdik. 
İk hissəli 2 saatdan artıq həcmi olan, Azərbaycan teatrlarının 60-a yaxın aktyorunun iştirak etdiyi həmin film də Məhsəti yubileyinə digər hədiyyəmiz idi.
Hər film çəkilişi isə bu işin içərisində olanlar yaxşı bilir ki, elə özü ayrıca bir film kimidir.
Həmin çəkiliş günlərini, mənimlə birgə zəhmət çəmiş dostlarımın hər birini bu şəkillərə baxa-baxa bir daha minnətdarlıqla yada salıram, bir daha əməklərinə görə onlara "sağ olun!" deyirəm. Bircə zavallı Firidun -- səs rejissorumuz bu aralıqda həyatdan gedib. Ruhu şad olsun! 
Ötən bazar günü Azərbaycan Televiziyasının Mədəniyyət kanalı ümumi sərlövhəsi “Məhsəti zirvəsi”
olan həmin filmin “Rübai sultanı” adlı birinci seriyasını nümayiş etdirib.
Bu bazar günü, iyun ayının 10-da saat 1-də AZTV Mədəniyyət kanalında həmin filmin ikinci seriyasına tamaşa edə bilərsiniz.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook