RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəElanlar
Son və əbədi Xan Avg 19, 2018 | 11:16

20 avqust saat 19.00
AZTV Mədəniyyət kanalı.

Vaxtilə Bakı küçələrində yapışdırılmış bu afişa muğamsevərləri Müslüm Maqomayev adına filormoniyaya dəvət edib, şöhrəti Azərbaycan boyu olan Xan Şuşinsikinin yaradıcılıq fəaliyyətinin 50 illiyinə həsr edilmiş muğam gecəsinə.
Bir neçə onil keçib. İndi o gecəni seyr etmişlərin belə az hissəsi həyatdadır. 
Xan əfsanəsi isə davam edir.
…O biri afişanın yaşı isə daha çoxdur. 
1935-ci ildir və hələ televiziya yoxdur.
Radio da yeni-yeni ayaq açır. Təzə parlamağa başlayan Xan Şuşinskinin Bakıdakı hər konserti bir bayram kimi qarşılanır.
Növbəti Şərq konsertləri onun məlahətli avazı ilə bəzənəcək…
…7 il əvvəl isə böyük ustadın 110 yaşı tamam olurdu. Muğam Mərkəzində onun xatirəsini yad etməyə toplaşmışdıq. 
O axşam Xan əmini ananların arasında Habil Əliyev də vardı, Tələt Qasımov da. İndi onlar da xatirədirlər. 
O axşam Xan əmini ananların, xatirələri ilə onu bizim günlərə gətirənlərin özləri də canlı tarixlərdir. Tarzən Firidun Ələkbərov, xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Canəli Əkbərov… 7 il ötüb və bu müddətdə həmin Xan gecəsini dəfələrlə təkrar seyr edə bilmisiniz.
Bu dəfə isə avqustun 20-də Xan əminin doğum günündə saat 19-da Azərbaycan Televiziyasının Mədəniyyət kanalı ilə o gecə bir daha nümayiş etdiriləcək.
Elə həmin gecə, artıq avqustun 20-dən 21-nə keçəndə, saat 3.30-da oyaq olanlar Xan Şuşinskinin həmin yubiley mərasiminə təzədən baxa biləcəklər

Beləliklə:
20 avqust saat 19.00
21 avqust saat 3.30

AZTV Mədəniyyət kanalı.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook