RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəNəşrlər

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 2004-cü ildən etibarən mütəmadi olaraq “Beşlik” (“Risalə” araşdırmalar toplusu, “Şərq” tərcümə toplusu, “Qaynaq”  mənbələr toplusu, “Xəzinə” kataloqlar toplusu, “Məclis” mərasimlər toplusu) nəşr etdirir. Bu toplulardan biri “Risalə” araşdırmalar toplusudur.

Nizami muzeyi özündə iki istiqaməti birləşdirir. Bura həm muzeydir, mədəniyyət müəssisəsidir, həm də elmi tədqiqat institutu, bilik ocağıdır. Muzeydə müxtəlif yaş nəslindən olan sanballı əsərlər müəllifi alimlər, elmdə ilk addımlarını atan gənclər də çalışır. Orta çağda elmi əsərlərə, traktatlara “risalə” deyərdilər. Ulularımızın, elm tariximizi yaratmış babalarımızın “risalə” ünvanı ilə sonrakı nəsillərə ötürdükləri əsərlərin çoxu bu gün də öz əhəmiyyətini qoruyub saxlayır. Elmi məqalələr toplusuna “Risalə” ünvanını seçərkən onu da arzu edirik ki, bu topluda yer alan yazılar ciddi elmi faktlara çevrilə bilsin.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi əməkdaşlarının elmi araşdırmalarından ibarət “Risalə” toplusu ildə iki dəfə nəşr edilir və məzmunu etibarilə klassik, müasir ədəbiyyat, fəlsəfə, mədəniyyət problemləri, həmçinin muzeyşünaslıq məsələlərini əhatə edir. Toplunun bu sayında dərc edilən yazılar ən qədim Azərbaycan ədəbiyyatı və mədəniyyətinin bu gün böyük aktuallıq kəsb edən ciddi problemləri ilə bir sırada, müasir ədəbiyyat və mədəniyyətinin müəyyən aktual məsələlərini də yeni görüm bucağından seyr edir.

 

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook