RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəƏbədi qayıdış səadəti

Bu gün başda istiqlalımız, respublika quruluşumuz, çağdaşlığımız olmaqla müasir, yüksələn bir millət kimi qazandığımız hər nə varsa, hamısında Mirzə Fətəlinin halal payı danılmazdır.
O olmasaydı, bunlar indi olmazdı. 
Mirzə Fətəli azı bir əsr, bəlkə də daha çox, bu milləti irəli atdı.
Həm də tarixin ən həlledici məqamında!
Bu haqq-sayı unutmaq nankorluq olardı.
1911-ci ildə “Molla Nəsrəddin” dərgisinin üz qabığında Mirzə Fətəinin rəssam Rotterin çəkdiyi portreti verilmişdi və altında da bir cümlə: “Hələ bəs deyil ki, müsəlman arvadlarını teatr tamaşalarına çıxardı və bizim abrımızı tökdü, hələ bu nainsafı cəmi müsəlman aləmi yada salıb, rəhmət oxuyub və bunun şəklinə baxıb fəxr eləyirlər”.
Və Mirzə Cəlil tək kişidir ki, hamımızın əvəzinə Mirzə Fətəlidən üzr istəyib: “Hərçənd, biz bilirik ki, qiyamət zamanı Mirzə əzizimiz bizim ətəyimizdən yapışıb şikayət edəcək. Amma dəxi qiyamət günü o bizi haradan tapacaqdır?
Ustadın özü bizə kitabında vəsiyyət edir: çün torpağa getdin, dəxi qayıtmaq yoxdur.
Mərhum Mirzə Fətəlinin ruhundan üzr istəyirik”.
Həmin üzrü gərək biz hamımız istəyək.
Və böyük Mirzə Fətəliyə — Səbuhiyə, Sabah Adamına daim minnətdar olaq!
Torpağa qarışaraq əriyib itmək, daha geri qayıtmamaq adi insanların qismətidir.
Mirzə Fətəli kimi müstəsnaların alın ayzısı isə əbədi qayıdış, bütün zamanlar boyu milləti ilə birgə olmaq səadətidir!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook