RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifə26 iyun, 2018-ci il iclasından

Sərbəst müzakirələrdə Rafael Hüseynovun çıxış

26 iyun, 2018, Strasburq

Bakının mərkəzində bir abidə ucalır. Abidə anlayışı ilk növbədə mədəniyyət faktı deməkdir. Lakin haqqında söz açmaq istədiyim abidənin mədəniyyətdən daha əvvəl tarixi, iqtisadi, siyasi mənası var. Dünyada sənaye üsulu ilə neft ilk dəfə 1846-cı iləd hasil edilib. Və bu, Azərbaycanda, Bakıda baş verib. Həmin abidə də bu dünya əhəmiyyətli hadisənin şərəfinə yaradılıb. Azərbaycan bir neft, qaz ölkəsidir. Neft və qaz isə həmişə birbaşa olaraq siyasətin maraq dairəsində qərar tutub. Keçmişdə belə olub, indi də belədir.

Lap az öncə, mayın 29-da Bakıda təməli 4 il əvvəl qoyulmuş Cənub Qaz Dəhlizinin  rəsmi açılış mərasimi keçirilirdi. Bu mühüm iqtisadi layihənin həm də son dərəcə ciddi siyasi yükü var. Çünki bu layihə yalnız Avropanın gələcək enerji təhlükəsizliyi üçün deyil, həm də milli təhlükəsizliyindən ötrü xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanın aparıcı fiqur olduğu Cənub Qaz Dəhlizi Avropanı həm qazla təmin edəcək, həm də müəyyən qüvvələrin qaz amilindən Avropa ölkələrinə qarşı siyasi təzyiq kimi istifadə imkanlarını aradan götürəcəkdir.

Azərbaycan qazı 3500 kilometr uzunluğunda olan boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya ərazisinə nəql olunacaq.2020-ci ildən başlayaraqsa, digər Avropa ölkələrinə.

Bu nəhəng layihənin gerçəkləşməsinə illərdir ki, ABŞ, Böyük Britaniya, Avropa İttifaqı daimi ciddi siyasi dəstəyini və digər köməkıərini göstərir. Çünki onlar bu layihənin ən əvvəl ağır siyasi çəkisi olduğunu anlayırlar.

Cənub Qaz Dəhlizi Azərbaycanın Avropaya iqtisadi və siyasi dayaq, etibarlı partnyor olan ölkə kimi önəmini xeyli artırır.

Eyni zamanda Cənub Qaz Dəhlizi iqtisadi maraq və gücləri birləşdirən amil kimi də çıxış edir. Çünki gələcəkdə bu kəmərlə Azərbaycan qazı ilə yanaşı Orta Asiya, İsrail, İran qazının da ötürülməsi nəzərdə tutulur.

Avropanın qaz şantajı vasitəsilə törədilən siyasi təhdidlərdən qurtulmasna mötəbər əsas yaradan Cənub Qaz Dəhlizinə Azərbaycan da öz milli təhlükəsizliyi üçün əlavə vasitə kimi baxır. Çünki belə faydalanmalar həmişə qarılıqlı olur və olmalıdır. Mən səni qoruyuram, sənə arxayamsa, sən də məni qorumalı, mənə arxa durmalısan. Çünki bir-birimizə bağlıyıq, bir-birimizə gərəyik.

Bu kontekstdə müəyyən görünməz qüvvələrin əli Azərbaycana qarşı bəzi Avropa qurumlarındakı süni təzyiqlər narahatlıq doğurur və anlaşılmazdır.

Beləliklə, Cənub Qaz Dəhlizi Avropa üçün həm enerji, həm də milli təhlükəsizlik baxmından böyük imkanlar açır.

Və artıq fəaliyyətə başlamış CQD Avropadan da ən azı elə bu səbəblərdən Azərbaycana münasibətdə daha korrekt və aydın, daha ölçülü-biçili və düşünülmüş, daha ədalətli və obyektiv – əsl tərəfdaşlara layiq mövqe ortya qoymağı tələb edir.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook