RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Rəşid əfsanəsi Sen 09, 2018 | 16:34 / Yeni nəşrlər

Artıq böyük müğənnimiz Rəşid Behbudovla əbədi ayrılığımızdan illər keçir. Lakin onsuz illərin bir anında da xalqımız Rəşidsiz qalmayıb. 
Onun ecazkar səsi dünən olduğu kimi, onlu günlərdəki sayaq yenə yol yoldaşımızdır. 
Rəşid əfsanəsi davam edir və həmişə də bizimlə olacaq.
Tanınmış jurnalist Fazil Rəhmanzadənin bu günlərdə “Apostroff” nəşriyyatında işıq üzü görmüş iri həcmli yeni kitabı böyük sənətkarın həyat və yaradıcılığına həsr edilib. 

"Rəşid var olan yerdə" adlı  kitabın elmi redaktoru və ön sözün müəllifi akademik Rafael Hüseynovdur. 

Kitabda başqa müəlliflərin müxtəlif illərdə Rəşid Behbudov haqqında yazdığı məqalələr və ürək sözləri də yer almışdır.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook