RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Milli Məclisin deputatı AŞPA-nın Gürcüstanda keçiriləcək komitə iclasında iştirak edəcək Sen 22, 2018 | 16:48 / Səfərlər

Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 24-də Gürcüstana səfər edəcək.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tbilisidə keçiriləcək iclasda qeyd edilən sahələrə aid bir sıra aktual məsələlər müzakirə olunacaq.

Rafael Hüseynov müzakirəyə çıxarılacaq məsələlər barədə fikirlərini söyləyəcək, təkliflərini verəcək.

Səfər sentyabrın 26-da başa çatacaq.

AzərTac

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook