RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Heydər Əliyevin mədəniyyət konsepsiyası + Foto Dek 14, 2018 | 19:30 / Tədbirlər

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyevin mədəniyyət konsepsiyası” mövzusunda elmi seminar keçirilib.

ADMİU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor Ceyran Mahmudova Azərbaycan tarixində misilsiz xidmətləri olan qüdrətli dövlət xadimi Heydər Əliyevin mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə qayğısından söz açıb. Rektor qeyd edib ki, seminar iştirakçılarının əksəriyyəti Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləridir və onlar Heydər Əliyevin mədəniyyətə göstərdiyi diqqət və qayğının canlı şahidləridir.

Sonra akademik Rafael Hüseynov ulu öndər Heydər Əliyevin mədəniyyət konsepsiyasını açıqlayan məruzə ilə çıxış edərək, Ümummilli Liderin həyat və fəaliyyəti, ölkə mədəniyyətinin inkişafındakı misilsiz xidmətləri haqqında ətraflı məlumat verib. Akademik bildirib ki, məhz Ümummilli Liderin mədəniyyət siyasəti nəticəsində qədim zəngin maddi və mənəvi irsə malik xalqımız öz varlığı, mənəvi irsi, keçmişi ilə fəxr edə bilər. Ulu Öndərin Azərbaycan mədəniyyətinin və mənəviyyatının himayədarı olduğunu deyən Rafael Hüseynov onun hələ sovet dövründə yaradılan maneələrə baxmayaraq, ölkə mədəniyyətinin inkişafı üçün əlindən gələni etdiyini vurğulayıb, bu böyük şəxsiyyətin xidmətləri nəticəsində Azərbaycan mədəniyyətinin yüksəliş dövrü keçdiyini diqqətə çatdırıb. Rafael Hüseynov qeyd edib ki, ümummilli lider Heydər Əliyev respublikamızın yaradıcı insanlarına, tanınmış ədəbiyyat, mədəniyyət və elm xadimlərinə daim diqqət və qayğı ilə yanaşıb.

Natiq Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində əsası Ulu Öndər tərəfindən qoyulan işlərin bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Tədbirin sonunda “Heydər Əliyev. Mədəniyyətimizin hamisi” filmi nümayiş olunub.

AzərTAC

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook