RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Yaqland Avropa Şurasının Azərbaycan qaçqınlarına yardım etməsinin mümkünsüz olduğunu etiraf etdi Yan 25, 2019 | 22:23 / Mühüm hadisələr

Avropa Şurasında Azərbaycan qaçqınlarının gərgin   problemlərinin həlli üçün mexanizm və alətlər yoxdur. Trendin verdiyi məlumata görə bu cavabı AŞPA-nın qış sessiyası zamanı qurumun baş katibi  Torbyorn Yaqland Azərbaycan Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynovun sualını cavablandırarkən bəyan edib. Rafael Hüseynov Yaqlanda aşağıdakı sualla müraciət edib: “Siz baş katib vəzifəsini tutduğunuz müddətdə bir milyondan artıq Azərbaycan qaçqınlarının problemlərini həll etmək üçün heç bir praktiki addım atmadınız. Ümumi sözlərlə kifayətlənib məsulliyyəti ATƏT-in  üzərinə atmaq əvəzinə siz yüksək vəzifənizdən istifadə edərək,   konkret addımlar ata bilərdiniz. Siz bununla bağlı narahatlıq hissi keçirirsinizmi, ya belə vəziyyəti normal hesab edirsiniz?”

Yaqland bu suala belə cavab verib: “ Azərbaycan qaçqınları ilə bağlı bunu deyə bilərəm ki, mənim bu problemin həlli üçün imkanlarım, belə bir  mandatım yoxdur. Mən bu məsələ ilə bağlı ATƏT, BMT-yə, hətta BMT-nin Qaçqınlar üzrə Ali Komissarına belə müraciət etsəydim, onlar da mənim bu problemin həlli üçün mexanizm və vasitələrə malik olmadığımı deyərdilər. Mənim belə bir mandatım yoxdur. Bizim başqa mandatımız var və biz onu icra etməyə çalışırıq. Avropa Şurasının Siz bəhs etdiyiniz problemin həlli üçün heç bir vasitəsi yoxdur, lakin  etiraf edirəm ki, problem həqiqətən kəskindir. Əlbəttə ki, belə vəziyyətə düşən insanların halı cox acınacaqlıdır.”

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook