RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin iştirakçıları qanunvericilik prosesi barədə məlumatlandırılıb Fev 18, 2019 | 21:10 / Görüşlər

Fevralın 18-də Milli Məclisdə “Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin iştirakçılarının sualları cavablandırılıb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və mədəniyyət komitələrinin sədrləri Səməd Seyidov və Rafael Hüseynov və deputat Rasim Musabəyov parlamentin iş prinsipi, komitələrin fəaliyyəti barədə məlumat veriblər. Gənclər müxtəlif qanun layihələrinin hazırlanması, təkliflərin verilməsi, müzakirələrin aparılması və digər məsələlər haqqında məlumatlandırılıblar. Qeyd olunub ki, bu cür layihələr gənclərə böyük təcrübə qazandırır, gələcəkdə onların bir sıra beynəlxalq təşkilatlarda Azərbaycanın maraqlarını qoruyan təmsilçilər və diplomatlar kimi yetişməsinə şərait yaradır.

Sonra layihə iştirakçılarına ölkəmizdə aparılan gənclər siyasəti, qanunvericilik prosesi, həyata keçirilən islahatlar haqqında məlumat verilib.

Sonda layihə iştirakçılarının sualları cavablandırılıb.

AzərTAC

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook