RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“İfşa edən Xocalı” adlı elmi sessiya Fev 26, 2019 | 21:23 / Tədbirlər

Azərbaycan xalqı tarix boyu çoxsaylı soyqırımlar, faciələr, qətliamlarla üzləşib. 1992-ci ilin soyuq, qarlı fevral gecəsində Qarabağ torpağında daha bir məşum qətliam törədildi. İnsanın insanlığa sonsuz nifrətinin, vəhşi qəddarlığının yer üzündəki ən bariz nümunəsi olan Xocalı soyqırımı baş verdi. 
Fevralın 25-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində  “İfşa edən Xocalı” adlı elmi sessiya keçirilib. Tədbiri muzeyin direktoru akademik Rafael Hüseynov açaraq bildirdi ki, yaddaş təkcə bayramların millətin hafizəsində saxlanması deyil. Yadaş həm də millətin, insanın taleyindən keçən çətin günlərin, ağrı-acıların, faciələrin unudulmaması deməkdir. Xocalı faciəsi təkcə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə xalqımızın başına gətirilən müsibətlərlə bitmir. 1990-cı il yanvarın 20-də Bakıda törədilən faciə də Xocalı soyqırımını törədənlərin, Azərbaycana güc göstərmək istəyənlərin sifarişi ilə hazırlanmış ssenari idi. Xalqımızın azadlıq uğrunda mübarizə əzmini qırmaq üçün 20 Yanvar faciəsi törətdilər. Lakin 1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini elan etdi.
 Muzeyin direktoru Xocalı soyqırımı və bu qəddar aktın günahkarlarına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsi istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, hələ Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunduqdan sonra o zaman ölkəmizin AŞPA-dakı deputat qrupunun rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımı barədə sənəd hazırlayıb Avropanın bir çox nüfuzlu siyaətçilərinə imzalatmışdıq. 
Son illər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində tədbirlər keçirilir, faciə haqqında daha çox insan məlumatlandırılır. Bu cür tədbirlər həm də ona görə vacibdir ki, gələcək nəsillər faciələrimizi unutmasın və belə hallar bir daha təkrarlanmasın.
Akademik Xocalı faciəsi ilə bağlı sanballı əsərlərin, kinofilmlərin hazırlanmasını, Bakda soyqırımı muzeyinin yaradılmasının vacibliyini vurğuladı. Faciələrimizi olduğu kimi, bütün ağrı-acısıyla dünya ictimaiyyətinə çatdırmaq bu gün qarşımızda duran əsas vəzifələrdəndir.
R. Hüseynov bildirdi ki, faciənin birbaşa təşkilatçısı və icraçısı olan R.Köçəryanın, S.Sərkisyanın və digərlərinin ədalət məhkəməsi qarşısına çıxarılacağı gün uzaqda deyil. 

"Xalq qəzeti"

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook