RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
UNESCO-da “Böyük Çöl: mədəni mirası və dünya tarixində rolu” Beynəlxalq Forumunun panel müzakirələri keçirilib May 15, 2019 | 21:26 / Səfərlər

Parisdə UNESCO-nun mənzil-qərargahında qurumun himayədarlığı ilə Beynəlxalq Türk Akademiyasının (TWESCO) “Böyük Çöl: mədəni mirası və dünya tarixində rolu” adlı Beynəlxalq Forumun “Türk sivilizasiyası və onun dünya mədəniyyətinə töhfələri” adlı ikinci panelində Azərbaycan nümayəndələri Macarıstandakı səfirimiz Vilayət Quliyev, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev çıxış edərək “Böyük Çöl” konsepsiyası, bu məkandakı dəyərlər, tendensiyalar, azərbaycanlı mütəfəkkirlər haqqında fikirlərini bölüşüblər.

AZƏRTAC xəbər verir ki, paneldə böyük mütəfəkkir İmadəddin Nəsiminin fəlsəfi düşüncələri, onun təsir dalğalarının Orta Asiyadan Qafqaza, Anadoludan ərəb ölkələrinə qədər yayılması diqqətə çatdırılıb. Natiqlər öz dövrünün ensiklopedik şəxsiyyətlərindən olan Əhməd bəy Ağaoğlunun, Mustafa Kamal Atatürkün türk xalqlarının mədəni irsi və dünya tarixində rollarından söz açıblar. Böyük Çöl və İpək Yolunun hər birinin qloballaşma, eləcə də mədəniyyət transformasiyasının reallaşması üçün məhsuldar bir mühit yaratmasından danışıblar.

Forumun panel müzakirələrində ABŞ, Fransa, Rusiya, Böyük Britaniya, Niderland, Türkiyə, Hindistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan universitetlərinin tədqiqatçıları Böyük Çölün əhatə etdiyi türkdilli xalqların tarixi, mədəniyyəti, dünya mədəniyyət xəzinəsinə töhfələri ilə bağlı fikirlərini bölüşüblər.

Forum çərçivəsində təşkil olunmuş üç paneldə türk xalqları və dövlətlərinin dünya sivilizasiyasına, universal mədəni dəyərlərin formalaşmasına verdiyi töhfələr elmi cəhətdən müzakirə edilib, müzakirələr zamanı “Türk tarixi” xəritəsi təqdim olunub.

AzərTAC

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook