RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Zəfər və kədər günlərinin ildonümü + Foto Apr 08, 2017 | 00:39 / Mühüm hadisələr

Aprelin 8-də Kürdəmir şəhərində təşkil olunmuş anım məclisində 1 il öncə Milli Ordumuzun nümayiş etdirdiyi böyük rəşadətdən, torpaqlarımızın işğaldan azad edilməsi yolunda həmin günlərdə igid Vətən oğullarının göstərdiyi qəhrəmanlıqlarlan bəhs edildi, şəhidlik zirvəsinə ucalaraq bu torpağı bir qədər də müqəddəsləşdirmiş mərd övladlar anıldı.
Rayon rəhbərliyi və ictimaiyyətinin toplandığı həmin tədbirdə Kürdəmirin aprel şəhidləri Əbubəkir İsmayılov və Tural Qurbanovun valideynləri və əsgər yoldaşları da iştirak edirdilər.
Bu yaddaş saatlarında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi Aran Regional şöbəsinin əməkdaşı Yaqut Bahadurqızının qələmə aldığı “Hay ver mənə cənab leytenant” kitabı şəhidlərimizin əziz xatirəsinə ərməğan kimi təqdim olundu.
...1 il öncə Kürdəmirdə şəhidlərimizlə vida mərasiminə də qatılmışdım, o vaxt matəm mitinqini də mən aparmışdım, bugünkü mərasimi də mən idarə edirdim.
Məni ən çox riqqətə gətirən, köksümü qabardan və qəlbimi iftixarla dolduran o idi ki, şəhid valideynləri sağalmaz dərdlərinə, yeri heç vəchlə doldurula bilməyəcək ağır itkilərinə rəğmən 1 il öncəki kimi yenə vüqarlı idilər, yenə 1 il öncəki kimi “Vətən yaşasın!” söyləyirdilər.
Və ən çox da ona sevinirdim ki, millətdə1 il əvvəlki şanlı aprel günlərində yaranmış coğqun ümid, qələbəyə inam, sarsılmaz birlik hissinin bu ilki apreldə səngimədiyinə şahid olurdum!
Bu duyğular isə, zənnimcə, hətta Lələtəpəni almaqdan da vacibdir.
Bu duyğular varsa, azad edilən yeni Lələtəpələr də olacaq və bircə qarış da ərazimiz əsarətdə qalmayacaq! 
Millətimiz, Azərbaycanımız, Yenilməz Ruhumuz var olsun!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook