RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Hər an sizinləyik İyul 05, 2019 | 17:27 / Mətbuatda çıxışlar

Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi nəcib bir aksiya başlayıb. 
İyunun 20-dən - Ümumdünya Qaçqınlar Günündən start verilmiş həmin təşəbbüsün məqsədi Ermənistanın ölkəmizə və xalqımıza qarşı apardığı təcavüz siyasətinin zərərdidəsi olan yüz minlərlə soydaşımıza Azərbaycan cəmiyyətinin ən müxtəlif təbəqələrindən olan insanların növbəti dəfə kütləvi dəstək nümayişi ideyası ətrafında birləşdirilməsidir. 
Bu, "Hər an sizinləyik" sözlərinin bir daha bəyan edilməsi deməkdir.
Bu, əlində həmin lövhəni saxlayan hər kəsin qaçqınların və məcburi köçkünlərimizin müşkül düyünlərinin açılmasına öz imkanı çərçivəsində bundan sonra da dəstək olacağına, münaqişə və onun ağır fəsadlarının aradan götürülməsi işinə töhfələr verməyə çalışacağına etdiyi vəddir.
Bu, köçkünlərimizə hər bir Azərbaycan vətəndaşının dayaq durmağa qəlbən hazır olmasının ifadəsidir.
Az öncə, iyunun son həftəsində Avropa Şurası Parlament Assambleyasının yay sessiyasındakı çıxışlarımda mən qaçqınların və məcburi köçkünlərimizin problemlərini bir neçə dəfə qaldırdım, çıxışlar etdim, AŞPA-dakı Azərbaycan nümayəndə heyəti bu məsələlərlə əlaqədar ayrıca dinləmələr təşkil etdi.
Bacardığımız qədər çalışırıq, çalışacaq, mübarizələrimizi davam etdirəcəyik.

Rafael Hüseynov 

05.06.19

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook