RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Lilian Mori Paskie: AŞPA Azərbaycan ilə əlaqələrin dərinləşməsinə böyük əhəmiyyət verir Sen 15, 2019 | 23:07 / Görüşlər

Sentyabrın 12-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Lilian Mori Paskie ilə görüşlər keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə keçirilən görüşdə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov qonağı salamlayaraq onunla qurumun tədbirlərində olan görüşləri məmnunluqla xatırladıb. Avropa Şurasının 70 illiyi ərəfəsində Milli Məclisdə təşkil olunmuş bu görüşün əhəmiyyətli olduğunu söyləyib. O, Lilian Mori Paskienin dünən Fransa-Azərbaycan Universitetində keçirilmiş konfransdakı çıxışı zamanı söylədiyi fikirlərin əlaqələrimizin genişləndirilməsinə və dialoqun yüksək səviyyədə olmasına dəlalət etdiyini bildirib. Qonağın səsləndirdiyi “biz yalnız qarşılıqlı anlaşma, qarşılıqlı hörmət çərçivəsində əməkdaşlığımızı möhkəmləndirə bilərik” fikrinə razılığını ifadə edib.
Bildirilib ki, Azərbaycan AŞPA ilə əlaqələrin inkişafına böyük önəm verir. Milli Məclis bu qurumla qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsində maraqlıdır. Belə səfərlər və keçirilən görüşlər münasibətlərimizin inkişaf etdirilməsində böyük əhəmiyyət kəsb edir. Qeyd olunub ki, AŞPA-da təmsil olunan nümayəndə heyətimizin üzvləri təşkilatın işində fəal iştirak ediblər. Deputatlarımız qurumun bütün tədbirlərinə qatılır, qaldırılan məsələlər barədə öz mövqelərini bildirirlər.
Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi barədə söhbət açan Səməd Seyidov problemin həlli istiqamətində AŞPA çərçivəsində atılan addımlardan danışıb. Komitə sədri diqqətə çatdırıb ki, məhz AŞPA-nın 2005-ci ildə qəbul etdiyi müvafiq qətnamədə Azərbaycan torpaqlarının işğal edilməsi faktı xüsusi olaraq vurğulanıb. Məhz AŞPA Azərbaycan və Ermənistan arasında dialoqun aparılması üçün xeyli səy göstərib.
AŞPA prezidenti xanım Lilian Mori Paskie ölkəmizə səfərindən və keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Rəhbərlik etdiyi qurumun Azərbaycanla əlaqələrin dərinləşməsinə böyük əhəmiyyət verdiyini bildirərək qeyd edib ki, biz AŞPA olaraq milli parlamentlərlə əməkdaşlıq şəraitində konkret məsələlərin həllinə nail oluruq. Məhz dialoq yolu ilə həlli çətin olan məsələləri həll edirik. O, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin fəaliyyətindən razı olduğunu bildirib.
Lilian Mori Paskie Avropa Şurasının 70 illik yubileyi ərəfəsində keçirilən görüşlərin siyasi əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb. O, “mənim parlamentimdə zorakılığa qarşı yox” çağırışının müəllifi olaraq milli parlamentləri bu aksiyaya qoşulmağa səsləyib. Qadın və uşaqlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş İstanbul və Lanzarote konvensiyalarının önəmi barədə danışıb.
Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə AŞPA-dakı nümayəndə heyətimizin üzvləri – komitə sədri Rafael Hüseynov, deputatlar Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Asim Mollazadə, Elşad Həsənov iştirak ediblər.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook