RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Rafael Hüseynov: "Yeni məktəb binalarının tikintisinə hələ də ehtiyac var" Sen 17, 2019 | 21:47 / Mətbuatda çıxışlar

Azərbaycanda yeni məktəblərin tikintisinə hələ də ehtiyac var.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov deyib.

O, Azərbaycanda məktəb tikintisinin ölkə prezidenti İlham Əliyevin 16 illik hakimiyyəti dövründə geniş vüsət aldığını,  həmçinin, birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən  həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra olunduğunu bildirib.

Qeyd edib ki, ötən illər ərzində ölkədə minlərlə məktəb binası tikilib, əsaslı şəkildə təmir və bərpa olunub, müasir standartlara uyğunlaşdırılıb.

Bununla yanaşı, komitə sədri hələ də bəzi bölgələrdə, kəndlərdə yeni məktəb binalarına ehtiyac duyulduğunu bildirib.

“Bu gün bölgələrdə elə məktəblər var ki, 60, 70, hətta, yüz il öncə tikiliblər. Bu gün onların əksəriyyəti çox bərbad və nimdaş gündədir. Gözəl, son dərəcədə müasir standartlara cavab verən məktəb binalarının yanında bu məktəblər çox bərbad və nimdaş görünürlər, bu gözəlliyə sanki  kölgə salırlar. Demirəm ki, belə məktəblər çoxdur, amma az da deyil. Ona görə yeni məktəb binalarının tikintisinə bir qədər də diqqət artırılmalıdır…”-komtə sədri sözlərinə əlavə edib.

etikxeber.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook