RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Rafael Hüseynov: “Azərbaycan-Gürcüstan münasibətləri regionda sabitliyə əsasdır” Yan 28, 2020 | 21:41 / AŞPA məruzələr

Rafael HÜSEYNOV: “Azərbaycan və Gürcüstan energetika sahəsində bir çox irimiqyaslı layihələrin gerçəkləşməsində töhfələrini verən dost ölkələrdir. Məhz bu nümunəvi iş və fikir birliyi nəticəsində açdığımız dəhlizin və  bütövlükdə regionumuzun etibarlı, sabit və invüstisiyalar qoymaq üçün əlverişli məkan olduğu dünyaya sübut edilib…”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA)  ikinci iş günündə, yanvarın 28-də Gürcüstan Prezidenti Salome Zurabişvili avropalı deputatlar qarşısında geniş məruzə ilə çıxış etdi.

Etikxeber.az-ın xəbərinə görə, Nazirlər Komitəsində Gürcüstan sədrliyi ilə bağlı ölkə prezidenti görüləcək işlər, Avropa Şurası ilə əlaqələrin yeni bir mərhələyə çatdırılması səmtində səylər, başlıca prioritetlərlə bağlı hazırlanan layihələr barədə müfəssəl məlumat verdikdən sonra sualları cavablandırdı.

Gürcüstan prezidentinə sualla müraciət edən depatatlardan biri də AŞPA-dakı Azərbaycan daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov oldu.

Sualını Gürcüstan—Azərbaycan iqtisadi əlaqələri üzərində quran Rafael Hüseynov həm də ciddi siyasi mənası olan bu münasibətlərin hansı perdpektivləri vəd etdiyini soiruşdu:

“Azərbaycan və Gürcüstan energetika sahəsində bir çox irimiqyaslı layihələrin gerçəkləşməsində töhfələrini verən dost ölkələrdir. Məhz bu nümunəvi iş və fikir birliyi nəticəsində açdığımız dəhlizin və  bütövlükdə regionumuzun etibarlı, sabit və invüstisiyalar qoymaq üçün əlverişli məkan olduğu dünyaya sübut edilmişdir.

Az öncə Azərbaycana səfəriniz zamanı siz nəqliyyat sahəsinin də  dünya üçün çox əhəmiyyətli olduğunu vurğulamış, Asiyanın, Çinin və Avropanın birləşdirilməsi üçün də ölkələrimizin mühüm işlər gördüyünü qeyd etmiş, lakin bu ən qısa yolun imkanlarından hələ tam istifadə edilmədiyini bildirmişdiniz. Bu istiqamətdə yaxın perspektivdə hansı mühüm irəliləyişləri gözləmək mümkündür?”.

Azərbaycanlı deputatın sualına ətraflı cavab verən Gürcüstan prezidenti əvvələn hər iki ölkənin son dərəcə strateji əhəmiyyətli bir regioanda yerləşməsi səbəbindən onların belə yaxınlığının yalnız bu 2 ölkə üçün deyil, bütövlükdə həm də Cənubi Qafqaz, Orta Asiya və Yaxın-Orta Şərq üçün də vacib olduğunu vurğuladı. 

Gürcüstanın Azərbaycanla əməkdaşlıq şəraitində gerçəkləşdirdiyi istər enerji, istər nəqliyyat layihələrinin  həm də sabitliyə dayaq, qonşu ölkələr arasında çoxistiqamətli səmərəli münasibətlərin inkişafına təkanverici qüvvə funksiyası daşıdığını bildirən S.Zurabişvili bu səmtdə səylərin gələcəkdə də davam ediriləcəyini söylədi. 

Regionda belə əlaqələrin daha da yüksək səviyyəyə çatdırılmasına nəhəng potensialın olduğunu qeyd edən Gürcüstan Prezidenti Avropa İttifaqının da bölgəyə və bu münasibələrə getetdikcə daha artıq diqqət ayırdığını, Azərbaycanla Gürcüstanın həyata keçirdiyi layihələrə maraq göstərən ölkələrin sayaının artdığını bəyan etdi.

Etikxeber.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook