RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində ümummilli lider Heydər Əliyevə həsr olunmuş video-konfrans keçirildi May 10, 2020 | 14:00 / Tədbirlər

Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə 2020-ci il mayın 9-da AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi əməkdaşlarının iştirakı ilə “Davam edən böyük yol” adlı video-konfrans baş tutdu.
Video-görüşü giriş sözü ilə açan Milli Məclisin deputatı, muzeyin direktoru, akademik Rafael Hüseynov Nizami muzeyində Ümumilli lider Heydər Əliyev xatirəsinin sessiya və konfranslarla anılma ənənəsinin bu günlərdə onlayn şəkildə də davam etdiyini vurğuladı.
Akademik Rafael Hüseynov 9 may faşizm üzərində Qələbə gününün qəhrəmanlıq tariximizdəki xüsusi yerindən bəhs edərək, çıxışına dahi öndərin bu zəfər gününə böyük rəğbətinin təhlili ilə davam etdi. O, həmçinin, qeyd etdi ki, Azərbaycanın böyük oğlu Heydər Əliyevin bütün həyatı və çoxşaxəli fəaliyyətini qələbələr silsiləsi adlandırmaq olar. Belə ki, o, Azərbaycan Respublikasını yüksəltmək və Azərbaycan millətini tarix içərisində irəliləyən güclü xalqa çevirmək, Azərbaycan adını dünyada təsdiqlətmək istiqamətində çox böyük işlər görmüşdür. Alim, Heydər Əliyev siyasi fəaliyyətinin və mücadiləsinin 1993-cü ildən sonrakı ölkə müstəqilliyinin əldə edildiyi və dövlətçilik təməllərinin qurulduğu həmin dövrü şərh edərkən, bu illəri Azərbaycan tarixində yeni səhifə adlandırdı. Akademik çıxışında vurğuladı: “Azərbaycan bu gün istiqlal içərisində yolunu davam edirsə, burada Heydər Əliyevin müstəsna xidmətləri var və müasir Azərbaycan dövlətinin quruculuğu yolunda onun əməkləri hər zaman Azərbaycan insanının şüurunda, ürəyində minnətdarlıq duyğuları ilə anılacaq”.
Daha sonra video-konfrans muzeyin elmi işlər üzrə direktor müavini, professor Xatirə Bəşirlinin “Heydər Əliyevin ədəbiyyat siyasəti”, “Komprativistika və bədii tərcümə” şöbəsinin müdiri, professor Şəfəq Əlibəylinin “Heydər Əliyev: həyat həqiqətləri”, “İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya” şöbəsinin müdiri Nəzmiyyə Yigitoğlunun “Azərbaycançılıq ideyasının inikasında Nizami muzeyinin rolu” adlı məruzə və çıxışları ilə davam etdi.
Məruzə və çıxışlarda ulu öndərin Azərbaycan xalqının ədəbi-bədii irsinə, ədəbiyyat xadimləri və onların adının əbədiləşdirilməsinə göstərdiyi xüsusi qayğıdan və bunun əməli təzahürlərindən bəhs edildi, Heydər Əliyev şəxsiyyəti, onun ölməz xatirəsi haqqında qiymətli fakt və mülahizələr, öz ifadəsini tapdı.
Video-konfransa yekun vuran akademik Rafael Hüseynov bildirdi ki, unuduımaz Heydər Əliyevdən Azərbaycana rəhbərlik etdiyi onillər boyuncakı yorulmaz fəaliyyətlərindən çox yadigarlar qalıb. Bunlar müxtəlif istehsalat müəssisələri, tədris ocaqları, möhtəşəm tikililər, yollar, körpülər, ən müxtəlif istiqamətlərdə qazanılan zəfərlərdir. Lakin Heydər Əliyevin bu millətə ən böyük yadigarı onun yaratdığı böyük yoldur. Həmin yol bu gün də ulu öndərin sədaqətli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanı inamla daha böyük zəfərlərə doğru aparır.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook