RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpasında tarixi rol oynayıb + Foto Noy 17, 2017 | 14:51 / Tədbirlər

Noyabrın 17-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Milli Dirçəliş Gününə həsr olunan “Yüz yaşlı istiqlalımızla ucalan bayrağımız” mövzusunda ədəbi-musiqili tədbir keçirilib.

Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov Milli Dirçəliş Gününün tarixi əhəmiyyətindən danışıb, bu günün Azərbaycan xalqının istiqlaliyyət uğrunda apardığı mübarizənin əsas mərhələlərindən biri olduğu vurğulayıb. Qeyd edib ki, 1980-ci illərin sonunda Azərbaycanda müstəqillik uğrunda xalq hərəkatı başlandı. Xalqımız keçmiş SSRİ-nin hər yerində olduğu kimi meydanlara axışmağa başladı. Yetmiş il Sovet rejimində yaşayan xalqlar öz azadlığı və istiqlalı, müstəqilliyi uğrunda mübarizəyə başladı. 

Milli Dirçəliş Gününün xalqımızın həyatında mühüm rolu olduğunu qeyd edən akademik R.Hüseynov bildirib ki, bu gün müstəqil Azərbaycan dövlətinin keçmiş sovet əsarətinə, ayrıseçkilik siyasətinə qarşı vahid xalq hərəkatında birləşməsindən və Azərbaycanın müstəqilliyinin bərpa olunmasından otuz ilə yaxın vaxt ötür. Yalnız 1991-ci ilin oktyabrında Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən sonra müstəqilliyimiz yenidən bərpa olundu.

R.Hüseynov qeyd edib ki, mənəvi əsasları milli özünüdərkə söykənən bu tarixi yol, başlanğıcını hələ XX əsrin 60-cı illərindən götürərək sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter alıb. 1988-ci ilin noyabrın 17-də milyonlarla insan mənfur düşmənin torpaq iddiaları və SSRİ rəhbərlərinin bu separatçı qüvvələri dəstəkləməsinə kəskin etiraz edərək Azadlıq Meydanına axın edib. Lakin qəddarcasına axıdılan qanlara, bütün silahlı tədbirlərə baxmayaraq, Azərbaycan xalqı müstəqillik idealından geri çəkilməyib, istiqlal bayrağına yenidən qovuşub.

Bu gün Azərbaycanın bölgədə lider dövlətə çevrildiyini deyən muzeyin direktoru müstəqil ölkəmizin bayrağımızın dünyanın nüfuzlu beynəlxalq təşkilatlarında qürurla dalğalandığını diqqətə çatdırıb.

Sonra Bakının müxtəlif ümumtəhsil məktəblərinin, 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin və “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyi üzvlərinin ifasında bayraq və vətənpərvərlik mövzularında şeir, musiqi, rəqslər təqdim olunub.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook