RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Söz məbədinin Aranı İyun 14, 2020 | 11:57 / Yubileylər

Onlar – gözəl söz dünyamızı yaratmış böyüq qələm adamları o qədər müqəddəsdirlər ki, adlarına bağlı hər iş avand alınır, yeyin gedir.
Azərbaycantelefilm Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Tarixi Muzeyinin bu ilin noyabrında qeyd ediləcək 80 illik yubileyinə layiqli töhfəsini verəcək.
“Söz məbədi” adlı həmin filmin çəkilişləri artıq uğurla yekunlaşır.
Son çəkilişlərdən biri iyunun 13-də Nizami muzeyinin Kürdəmir şəhərində yerləşən Xaqani Şirvani adına Aran filialında oldu.
Son illərdə Nizami muzeyinin Aran filialı bölgənin mədəni-ədəbi həyatında əhəmiyyətli yer tutan mərkəzə çevrilib.
Vaxtaşırı keçirilən ədəbi-bədii gecələr, yubiley mərasimləri, müxtəlif bədii yaradıcılıq müsabiqələri getdikcə daha çox ziyalını Aran filialı ətrafında toplayır.
Şəhər və kənd məktəblərinin şagirdləri üçünsə Aran filialı çoxdan doğma və sevimli bir ünvandır.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook