RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Azərbaycan ədəbi-mədəni irsinin qorunması və inkişafında Ulu Öndərin böyük rolu olub Dek 12, 2017 | 21:30 / Mühüm hadisələr

Dekabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar “Həmişə bizimlə” mövzusunda anma mərasimi keçirilib.

Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov “Azərbaycan ədəbi və mədəni irsinin qorunması və inkişafında Heydər Əliyevin xidmətləri” mövzusunda məruzə ilə çıxış edib.

Akademik R.Hüseynov Azərbaycan elminin, ədəbiyyatının, mədəniyyətinin inkişafında və dünyaya tanıdılmasında Ulu Öndərin böyük rolundan söz açıb.

Çıxış edənlər ümummilli lider Heydər Əliyevin zəngin siyasi fəaliyyətindən, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, çiçəklənməsində tarixi xidmətlərindən, ədəbiyyat və mədəniyyət xadimlərinə, ziyalılara göstərdiyi diqqət və qayğıdan söz açıblar.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook