RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin təməlini, dayaq sütunlarını yaradıb Dek 12, 2017 | 21:33 / Mühüm hadisələr

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyev ilə əbədi ayrılıqdan 14 il keçir. Hər ötən ildə Ümummilli Lider bizdən uzaqlaşmır, əksinə, biz dahi rəhbərin böyüklüyünü, Azərbaycan tarixindəki yerini və müstəsnalığını daha artıq dərk edirik. Görkəmli dövlət xadimi xalqımızın bütün zamanlar üçün ən ali sərvəti olan istiqlalı ilə həmişə bağlı olacaq şəxsiyyətdir. Çünki XX əsrin əvvəllərində Azərbaycana nəsib olmuş istiqlal, təəssüflər olsun ki, cəmi 23 ay yaşaya bildi. 1990-cı illərin əvvəllərində tarixin gedişi ilə bizə yenidən nəsib olan bu istiqlalı itirə bilərdik. Bu zaman ümummilli lider Heydər Əliyev Azərbaycanın üçrəngli bayrağını ucalara qaldırdı.

Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov söyləyib.

Alim bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyev XX əsrin sonlarının çox ağır, sınaqlı, mübarizəli yollarından Azərbaycanın müstəqilliyini, istiqlalını uğurla keçirərək XXI əsrə çatdırıb. Bu gedişatın içərisində Ulu Öndər təkcə istiqlalımızı möhkəmləndirməyib, yalnız onun dönməzliyini, sarsılmazlığını təmin etməyib, həm də müasir Azərbaycan dövlətinin bünövrəsini, təməlini, dayaq sütunlarını yaradıb. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin gələcək varlığı və inkişafı üçün elə bir özül yaradıb ki, onun bəhrələrini görürük və illərboyu görəcəyik.

Ulu Öndərin “Azərbaycan dünyaya günəş kimi parlayacaq” kəlamını xatırladan akademik R.Hüseynov illər ötdükcə bunun nə qədər gerçək bir müşahidə olduğunu söyləyib. O qeyd edib ki, zaman ötdükcə, Ümummilli Liderin böyük təməllər üzərində qurduğu Azərbaycanın həqiqətən dünyada günəş kimi parlamasının şahidi oluruq. Bütün istiqamətlərdə dahi Heydər Əliyev yolunun davamçısı Prezident İlham Əliyev Azərbaycanın daha böyük zəfərlərə çatmasını təmin etmək üçün mübarizələr aparmaqdadır. Ulu Öndərin yaratdığı böyük bir yol vardır ki, bu yola sadiq qaldıqca, Azərbaycanın uğurları, istiqlalımızın yüksəlişi daim bizimlə olacaq.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook