RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Gənc alimlər prezident seçkilərində İlham Heydər oğlu Əliyevə səs verəcək + Foto Mart 23, 2018 | 14:37 / Mühüm hadisələr

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 11 aprel prezident seçkilərinə həsr olunmuş tədbir keçirilib. 
Tədbiri prezidentliyə namizəd İlham Əliyevin vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, muzeyin direktoru akademik Rafael Hüseynov açaraq gənc alimlərlə seçkiöncəsi görüşlərin əhəmiyyətindən danışdı. 
Bildirdi ki, aprel ayının 11-də Azərbaycanın ictimai-siyasi həyatında son dərəcə əlamətdar bir hadisə baş verəcək, ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək. Prezident, yaxud parlament seçkiləri hər bir ölkənin həyatında ciddi hadisədir. Builki prezident seçkilərinin əhəmiyyəti isə xüsusidir və də, bəlkə də hər zaman olduğundan daha artıq məna daşıyır. Çünki builki seçkilər Azərbaycan tarixinin əlamətdar bir dövründə baş verir. 
1918-ci il mayın 28-də Azərbaycan istiqlalını qazandı. Bizim bu gün toplaşdığımız məkan – Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin yerləşdiyi bu əzəmətli bina təkcə ədəbiyyatı tariximiz ilə deyi, həm də istiqlal tariximizlə, cümhuriyyətimizin yaranışı, başlanğıcı ilə birbaşa bağlı olan məkandır. 
1918-ci il mayın 27-də Tiflisdə, keçmiş Qafqaz Canişinliyinin binasında Azərbaycan istiqlalı uğrunda düşünən insanlar, qurucu babalar istiqlal bəyannaməsini ilk dəfə səsləndirdilər, mayın 28-də isə Azərbaycanın müstəqilliyi bütün dünyaya elan edildi. Azərbaycanın ilk istiqlal bəyənnaməsini Həsən bəy Ağayev təqdim etmişdi. O, böyük şəxsiyyət sonralar Azərbaycan parlamentinə rəhbərlik elədi. Məclisi Məbusanın sədri rəsmən Əlimərdan bəy Topçubaşov idi. Lakin o, xaricdə Azərbaycanın müstəqilliyini tanıtmaq üçün iş apardığına görə faktiki olaraq işi Həsən bəy Ağayev icra edirdi. Lakin Azərbaycan Cümhuriyyətini yaradanlar əməli fəaliyyətlərinə Gəncədən başlamalı oldular. Çünki Bakı hələ ermənilərlə bolşeviklərin nəzarəti altında idi və yalnız 1918-ci ilin sentyabrında Bakı azad edildukdən sonra milli hökumətimiz paytaxta kğçə bildi. O zaman indi Nizami muzeyinin yerləşdiyi bu binada “Metropol” mehmanxanası yerləşirdi. Həmin imarət Azərbaycanın ilk Nazirlər Kabinetinin ixtiyarına verildi və onlar burada, bu gün sizinlə görüşün keçirildiyi bu məkanda həm yaşayıb, həm işləməyə başladılar.
İndi Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamam olur. Biz müstəqilliyi 1918-ci ildə qazanmışıq. O böyük sərvətimizi təəssüflər ki, iki yaşına çatmamış 1920-ci ilin arelində itirdik. Nəhayət 1991-ci ilin oktyabr ayında Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı elan edildi. Azərbayca öz müstəqilliyini yenidən bərpa etdi. Lakin tarixin kinayəsi ilə 1993-cü ilin iyununda yenə iki yaşına çatmamış həmin bərpa edilmiş müstəqqilliyi itirmək təhlükəsi ilə üz-üz qaldıq. Azərbaycanın bəxti onda gətirdi ki, bu zaman tarix səhnəsində böyük dövlət adamı Heydər Əliyev göründü. Çox mürəkkəb şəraitdə, ictimai-siyasi burulğanlar içərisində özünün böyük zəkasıyla, ağlıyla, təcrübəsiylə, bilikləriylə və Azərbaycan, Cənubi Qafqaz, Yaxın və Orta Şərq gerçəkliyinə, bütöv sabiq sovet məkanına Kreml ucalığından baxa bilmək qabiliyyətinə görə bu qüdrətli şəxsiyyət açılmaz kimi görünən dolaşıq düyünü aça, vəziyyətdən çıxış yollarını tapa bildi.
Heydər Əliyev Azərbaycan istiqlalını 3 yaşına, 5 yaşına yetirdti, 10 yaşına çatdırdı, XX əsrdən XXI əsrə keçirdi və Azərbaycanın istiqlalı bu gün dönməz bir prosesə çevrilib. 
XXI əsrdə, üçüncü minillikdə Azərbaycan dövlətinə artıq 15-ci ildir ki. Prezident İlham Əliyev başçılıq edir. Onun Azərbaycan dövlətinə rəhbər olduğu müddətdə respublikamız çox böyük uğurlara çatıb. İstər siyasi sahədə, istər iqtisadi baxımdan qısa müddət ərzində misilsiz nailiyyətlər əldə edib. 
Son illərdə Azərbaycanın dünya əhəmiyyətli və onlarla ölkədən gələn ən yüksək təmsilçilərin iştirakı ilə keçirilən müxtəlif məzmunlu silsilə ictimai-siyasi, mədəni tədbirlərə ev sahibliyi etməsi sadəcə məkan hadisəsi deyil. Azərbaycan həmin tədbirlərin hamsında həm də əsas dövlətlərdən, ən mühüm söz sahiblərindən biri kimi çıxış edir.
Bir çox regional layihələr var ki, Azərbaycan onların mərkəzi fiqurudur. Azərbaycan bu gün yalnız Cənubi Qafqazda deyil, artıq Avropa ilə Cənubi Qafqaz arasında layihələrdə aparıcı mövqe tutmaqdadaır. Bütün bunlar bir tərəfdən Azərbaycanın iqtisadi inkişafını təmin edir, ölkə insanının rifahının yüksəlməsinə kömək göstərirsə, digər tərəfdən Azərbaycanın siyasi təhlükəsizliyi üçün möhkəm bünövrələr yaradır. 
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etməyə başlayanda ölkəmiz çox böyük uğurların astanasında idi. 1990-cı illərin ortalarında Azərbaycanın gələcək yüksəlişləri üçün əsas, bünövrə olacaq böyük layihələr hazırlanmış, mübarizəli, çətin bir gedişat içərisində həmin tarixi əhəmiyyətli müqavilələr imzalanmışdı. Anacq o layihələrin gerçəkləşməsi üçün zamana ehtiyac vardı və bu müddət xeyli uzaqda idi. Və Prezident İlham Əliyev Azərbaycana rəhbərliyə məhz müasir tariximizin bu taleyüklü, həlledici məqamında başladı. 
İndi müqayisə edəndə ki, Heydər Əliyevin böyük qayıdışından sonra Azərbaycan dövlətinə rəhbərlik etməyə gəldiyi zamanla Prezident İlham Əliyevin Azərbaycan dövlətinə rəhbərlik etməyə başladığı zaman arasındakı fərq nədə idi, xeyli maraqlı mənzərə müşahidə edilir.
Nəzərə alsaq ki, Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıdanda baxmayaraq ki, ölkədə daxili gərginlik var idi, vətəndaş müharibəsi astanasında idik, ən müxtəlif istiqamətlərdən Azərbaycanı parçalamaq məqsədi güdən qüvvələr hərəkətə keçmişdi və durum həqiqətən son dərəcə böhranlı idi, bununla belə Heydər Əliyevin siyasi hakimiyyətə gəldiyi dövr ilə İlham Əliyevin prezident seçildiyi dövrü müqayisə etdikdə Heydər Əliyevin vəziyyətinin hər halda daha əlverişli olduğunu görürük. 
Çünki həmin dövrdə Heydər Əliyevin səviyyəsində nə ölkə daxilində, nə də qonşu dövlətlərdə böyük səriştəyə, zəngin təcrübəyə malik siyasi lider yox idi. Heydər Əliyev özündən qat-qat zəif rəhbərlərdən sonra dövlətə başçılıq etməyə başlayacaqdı. Hamı elə qısa zaman içərisində onun əvvəlkilərdən nə qədə üstün olduğunu da görüb etiraf etdi. Lakin İlham Əliyev dahi siyəsətçi və dövlətçidən, böyük Heydər Əliyevdən sonra Azərbaycan dövlətinə rəhbərlik etməyə başlayırdı və belə bir zirvə şəxsiyyətdən sonra parlamaq son dərəcə çətuin idi.
Prezident İlham Əliyev hələ siyasi hakimiyyətə gəlməmişdən oncə. 2001-ci ildə dövlət həyatında ilk addımlarını atırdı. Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti idi və bağlanan neft müqavilələrinin hamısında birbaşa iştirak edirdi. İlham Əliyev hələ 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti idi. İndi Azərbaycanın dörd bir yanında ucalan idman kompleksləri o vaxt hələ birbir yaradılırdı və heç kəsin ağlına gəlməzdi ki, Azərbaycan yaxın gələcəkdə güclü idman ölkəsi kimi dünyada şöhrətlənəcək.
2001-ci ildən etibarən həqiqi üzvlüyünə başladığımız Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin ilk rəhbəri də gələcək Prezidentimiz İlham Əliyev idi. Avropa siyasi arenasında qazandığı ilk uğurlar əslində onun sabahkı qətiyyətli siyasi zəfərlərinin bönövrəsi demək idi.
Bu saydıqlarım onun fəaliyyət göstərdiyi istiqamətlərdən yalnız üçüdür. Birində iqtisadiyyat, birində siyasət, o birində isə idman dayanır. Bunların üçündə də çox qısa zamanda Azərbaycan böyük uğurlar qazandı. 
Bunlar o həqiqətin göstəricisidir ki, lap başlanğıcdan İlham Əliyev Azərbaycan siyasətinə, Azərbaycan dövlətçiliyinə, Azərbaycanın mədəni gercəkliyinə gəlişiylə ciddi irəliləyişlər, yeniliklər vəd edən bir sima idi. 
Cavan prezident qısa zaman içərisində Azərbaycanın ictimai-siyasi həyatında çox böyük uğurlara imza atdı. 
Azərbaycanın şansı idi ki, Heydər Əliyevdən sonra ölkəmizə məhz İlham Əliyev rəhbərlik etməyə başladı. 
Çünki ulu öndərin başladığı işləri, sabahlara hesablanmış böyük niyyətləri həyata keçirmək üçün məhz belə uzaqgörən, qətiyyətli, qabil bir liderə ehtiyac vardı.
Mən xatırlayıram, 2003-cü ilin oktyabr ayında Musiqili Teatrda Azərbaycan ziyalıları ilə prezidentliyə namizəd olaraq İlham Əliyevin seçki günündən öncəki axırıncı görüşünü. Həmin tədbirdə İlham Əliyev seçiciləri qarşısında söz verdi ki, əgər mən seçilərəmsə, Azərbaycan xalqı üçün yaxşı Prezident olacağam. 
Prezident İlham Əliyev arxada qalan 14 il ərzində Azərbaycana yaxşı Prezident olduğunu bir-birindən parlaq əməlləri ilə sübut etdi. Bu gün iqtisadi nöqteyi- nəzərdən Azərbaycan yüksək inkişaf edib. Bu beynəlxalq qurumların hesabatında da öz əksini tapır. Dovos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb. 
Bu gün dünyada neçə beynəlxalq təşkilat, Avropa İttifaqı, Avropa Şurası Azərbaycanın mövqeyini dəstəkləyir, dünyanın bir sıra ölkələri və ABŞ-ın neçə ştatı Xocalı soyqırımını tanıyıb. Bütün bunlar son illər aparılan ardıcıl siyasətin məntiqi nəticəsidir. Azərbaycanın yaxın qonşularından tutmuş, Avropa ölkələrinə, dünyanın bir sıra yerlərində bu gün terror aktları törədilir. Lakin Azərbaycan dinc həyat tərzi yaşayır, əmin-amanlıq içindədir. Bu uğurlar təkcə arzulamaq, Allah dua etməklə əldə edilmir. Bu siyasətin arxasında dövlət başçısının yorulmadan, gecə-gündüz apardığı siyasət dayanır. 
Prezident İlham Əliyevin digər üstün dövlətçi keyfiyyətlərindən əlavə onun mahir natiqlik qabiliyyəti, incə diplomatik ustalığı, qarşısında oturan insanları inandıra bilmək bacarığı ilə hazırda Avropanın və bütövlükdə dünyanın aparıcı simalarından biridir. İlham Əliyevin böyük şəxsiyyəti, zəngin siyasi təcrübəsi sayəsində bu gün Azərbaycan böyük uğurlara imza atır. 
Azərbaycan Cənubi Qafqazda həm iqtisadi, həm də siyasi baxımdan aparıcı bir dövlətə çevrilmişdir. 
Cənubi Qafqazda həyata keçirilən, təkcə region deyil, bir sıra Avropa ölkələrinin də dəstəklədiyi, eləcə də iştirakçı olduğu əksər mühüm layihələrdə Azərbaycan həlledici simadır. Buna görə də, Ermənistan həmin layihələrdən kənarda qalır. Ermənistan məhz təcavüzkar olması səbəbindən məqsədli şəkildə təcrid bir vəziyyətində saxlanır və bu da Azərbaycanın apardığı ağıllı siyasətin nəticəsidir.
Prezident İlham Əliyev yürütdüyü düşünülmüş, məqsədyönlü siyasət nəticəsində Azərbaycanın bütün istiqamətlərdə inkişafı göz qabağındadır. Heç uzağa getmədən 20-25 il əvvəlki Bakının fotolarını bu günkü Bakı ilə müqayisə etsəniz kəskin fərqi, sıçryaışlı inkişafı açıq–aydın hiss edəcəksiniz.
İlham Əliyevin prezidentliyi illərində Azərbaycanın rayonları, regionları yüksək inkişaf etdirilib. Son 100 ili götürsək, Cümhuriyyət dövrünü, Sovet dönəmini, yeni müstəqillik çağlarının İlham Əliyevə qədərki illərini də bura əlavə edərək araşdırsaq, belə bir həqiqətlə razılaşmalı olacağıq ki, 2003-cü ildən sonrakı tarix kəsiyi bu baxlmdan əsl çiçəklənmə mərhələsidir. Müqayisələr əyani olaraq təsdiqləyir ki, Azərbaycan regionları İlham Əliyevin Prezidentliyi dövründə daha çox inkişaf edib. Bunun da əsas səbəbi Prezident İlham Əliyevin Regionların Sosial-İqtisadi İnkişafına dair qəbul etdiyi Dövlət Proqramını həyata keçirmək üçün qoyduğu ardıcıl səylərdir.
2003-cü ildən bəri Azərbaycanın dörd bucağında onlarca sənaye müəssiəsi açılıb. Regionlarımızın şəhərləşməsi prosesi sürətlə gedir. Yollar xüsusi diqqətdə saxlanır. Təkcə paytaxt Bakı və ətrafında deyil, bütün respublika ərazisində də rnın magistral və kəndarası yollar da təzələnir. O cazibəli sosial layihələr ki Bakıda reallaşıb, Prezident İlham Əliyev onları regionlarda da reallaşdırmağa çalışır. Əhalinin demoqrafik göstəriciləri də qonşu ölkələrlə müqayisədə xeyli yaxşıdır. Azərbaycanda əhalinin artımı sürətlə gedir. Təbii ki, rifah yüksəlməsə, həyat şəraiti yaxşı olmasa bu baş verməzdi.
Azərbaycanın son illərdə artıq ənənviləşmiş bir sıra ictimai-siyasi məzmunlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, Bakıda keçirilmiş Avropa oyunları, İslam ölkələri oyunları, Formula 1 kimi yarışlar bütün başqa məziyyətlərindən savayı ölkəmizdən ötrü vacib nüfuz göstəricisinə çevrilmişdir.
Azərbaycanın yaradıcı insanları, ədəbiyyat, mədəniyyət, elm xadimləri daim Prezident İlham Əliyevin qayğısını, diqqətini hiss edirlər.
Milli Elmlər Akademiyası, elmimizin müxtəlif sahələri və istiqamətləri, elmi gəncliyimiz Prezidentin mütəmadi diqqətindədir və son illərdə bu baş elm ocağımızda qazanılmış müvəffəqiyyətlər çox cəhətdən elə həmin dəstəklə, qayğıyla bağlıdır.
Qarşıdan, aprelin 11-də Azərbaycan Respublikası Prezidentinin seçkiləri gəlir. 
Düşünürəm ki, Azərbaycan seçiciləri qarşıdakı seçkilərdə öz ökəsinin inkişafına, ölkəmizi bu mərhələyə gətirib çatdırmış insanın gələcəkdə də xalqın rifahı naminə çalışmasına səs verəcək. Əminəm ki, Azərbaycanın gənc alimləri, Azərbaycanın elmi ictimaiyyəti də İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəkləyəcək və beləkliklə qarşıdakı 7 ildə ölkəmizin inkişafına, tərəqqisinə səs verəcəklər.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook