RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Zaqatalalılar prezident İlham Əliyev yoluna sadiqdir və qarşıdakı illərdə onu yenidən Azərbaycan dövlətinin başçısı kimi görməyi arzulayır + Foto Mart 25, 2018 | 21:58 / Görüşlər

Bölgələrimizin Novruz ovqatı ilə yaşadığı bu günlərdə qarşıdakı prezident seçkiləri ilə əlaqədar keçirilən tədbirlərə də bayram sevinci, xoş əhval-ruhiyyə xasdır. Martın 25-də Zaqatala royonunun Qımır kəndinə 11 aprel prezident seçkilərinin təbliğat-təşviat kompaniyası çərçisvəsində növbəti izdihamlı görüşə yol alan maşın karvanını da yaxınlıqdakı bir neçə kəndin camaatının toplaşdığı mitinqdə belə bir bayram təntənəsi qarşıladı. 
Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatında yaradılmış seçki qərargahının üzvləri ilə yanaşı həmin görüş-mitinqə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, akademik Rafael Hüseynov da qatılmışdı. 
Qımır kəndinin əhalisi ilə bərabər bu görüşə qonşu Çobankol və Bazar kəndlərindən də axın-axın insan gəlmişdi. 
Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov ölkə prezidentinin çoxcəhətli fəaliyyəti, respublikaya 15 illik rəhbərliyi dövründə qazanılmış böyük uğurlar, qarşıdakı seçkilərlə bağlı partiyanın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kompaniyası çərçivəsində görülən işlərdən, rayonun digər kəndlərində bu münasibətlə təşkil edilmiş görüşlərdən bəhs etdikdən sonra deputat Rafael Hüseynov çıxış etdi.
15 il əvvəl Azərbaycan dövlətinə rəhbərlik etnəyə başlayarkən Prezident İlham Əliyevin söylədiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam” fikrini xatırlayan Rafael Hüseynov illərin bu bəyanatın sadəcə söz deyil, dərin həqiqət olduğunu isbat etdiyini, bu tərəflərin əhalisinin ən azı öz timsallarında buna canlı şahid olduqlarını vurğulayaraq dedi: “Sizə Azərbaycanın gözəl bir bölgəsində yaşamaq xoşbəxtliyi nəsib olub. Düzdür, Vətənimizin hər guşəsi gözəldir, amma buraların büsbütün ayrı bir yaraşığı var və yazın gəlişi ilə bu füsünkarlıq bir qədər də artıb. Lakin balaca bir kənd olan Qımırı yəqin ki, Azərbaycanda az adam tanıyır. Prezident İlham Əliyevsə, bu kənddə olub. 2012-ci ildə Qımır təbii fəlakətlə üzləşəndə, həmin il mayın 7-də zəlzələ qopanda, dağıntılar baş verəndə cəmi 2 gün sonra Prezident İlham Əliyev bu kənddə idi. Əlbəttə, ölkə başçısı belə arzulanmaz təbii fəlakətlər baş verəndə dərhal müvafiq qurumlara göstəriş də verir, fəaadları aradan qaldırmaq üçün işlər də təxirə salınmadan başlanır. Lakin Prezident İlham Əliiyevin bununla yanaşı qımırlıların çətin günlərində onlarla birgə olması, xalqa hayan durması, yerindəcə dərd, ağrı yaşamış insanların sözlərini eşitməsi, müşküllərinin həlli üçün ən təxirəsalınmaz tədbirləri gerçəkləşdirməsi sadəcə dövlət başçısının humanistliyi, həssaslığı, qayğıkeşlıyi məsələsi deyildi. Cənab İlham Əliyevin o qədər çox işinin, qıt vaxtının müqabilində bu və bu qəbil görüşlərə hər zaman vaxt tapması, insanlarla birbaşa ünsiyyətə can atması onun hər bir azərbaycanlının prezidenti olmaq bəyanatının ən bariz təsdiqlərindən biri deməkdir.
Azərbaycan insanının rifahının yüksəlməsi, həyat şəraitinin yaxşılaşması, əmin-aman bir şəraitdə, təhlükəsiz mühitdə yaşaması, ölkəmizin iqtisadi gücünün artırılması, beynəlxalq nüfuzunun yüksəldilməsi, dünya dövlətləri ailəsində Azərbaycanın səsinin daha ucadan eşidilməsinə nail olunması Prezident İlham Əliyevin dövlətimizə rəhbərlik etdiyi 14 illik dövr ərzində onun gündəlik işi, baslıca qayğısı olmuşdur.
Azərbaycan müxtəlif xalqların bir ailə kimi mehriban yaşadığı, dinlər, mədəniyyətlər arası dialoqun, səsləşmənin, anlaşmanın bərqərar olduğu ideal bir məkandır. Bu elə bir sərvətdir ki, hətta dünyanın bir sıra ən aparıcı ölkələrində belə mövcud deyildir. Təsadüfi deyil ki, məhz Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dönəmində ölkəmiz dünyada multikulturalizmin baslıca mərkəzlərindən birinə çevrilmiş, bu qəbildən olan silsilə qlobal tədbirlərin təşkilatçısı kimi tanınmışdır.
Prezident İlham Əliyev nəzərləri gələcəyə dikilmiş bir uzaqgörən, xalqın, Vətənin, dövlətimizin yaxın və uzaq sabahlarını düşünən güclü şəxsiyyətditr. Onun ardıcıl səyləri, üstün zəkası, cəsarəti, qətiyyəti, böyük diplomatik istedadı və dərin iqtisadi təfəkkürü sayəsində gerçəkləşmiş dünya və regional əhəmiyyətli enerji və nəqliyyat layihələri Azərbaycan xalqının onillər və yüzillər sonrakı sürətli, davamlı inkişafını təmin etməkdən ötrü görülmüş son dərəcə qiymətli, millətəxeyir işlərdir. Bütün bunların həm iqtisadi, həm siyasi faydalarını Azərbaycan vətəndaşları gələcək zamanlarda müşahidə etdikcə belə vacib təməlləri yaratmış Prezident İlham Əliyevə daim dəfə-dəfə minnətdar olacaqlar”.
Prezident İlham Əliyevin qarşıdakı seçkilərlə əlaqədar təbliğat-təşviqat kompaniyasının əslində onun özü tərəfindən arxada qalan 15 ili əhatə edən yolun hər günündə real işlərlə aparılmış olduğunu söyləyən deputat Rafael Hüseynov aprelin 11-də zaqatalıların sevimli rəhbərinə sədaqətlərini, məhəbbət və ehtiramlarını məntəqələrə gələrək verəcəkləri səslə bir daha təsdiqləyəcəklərinə əmin olduğunu bildirdi.
Kənd sakinləri adından çıxış edən qocaman müəllim Məhərrəm Məmmədov zaqatalıların həmişə ulu öndər Heydər Əliyev yoluna, həmin yolun layiqli davamçısı Prezident İlham Əliyevin xəttinə sadiq olduqlarını, bu yolu, bu xətti Azərbaycanın inkişafı, tərəqqisi naminə ən düzgün seçim saydıqlarını diqqətə çatdırdı, 11 apreldə baş tutacaq president seçkilərində də sınanmış liderə, müdrik rəhbərə, cənab İlham Əliyevə hamılıqla səs verəcəklərini bildirdi.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook