RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Qəbələlilər qarşıdakı illərdə Azərbaycanın daha xoşbəxt günlərini prezident İlham Əliyevin adı ilə bağlayırlar + Foto Mart 27, 2018 | 22:09 / Görüşlər

Azərbaycan Respublikası Prezidentinin aprel ayının 11-də baş tutacaq seçkilərinə xeyli müddət qalsa da, Qəbələ rayonu əhalisinin əksəriyyətinin dilindən bu fikir səslənməkdədir ki, onların yeganə seçimi dövlətimizi və xalqımızı uğurla irəli aparan Preziden İlham Əliyevdir, onlar qarşıdakı illərdə də daha böyük yüksəlişlərə doğru məhz 14 il ərzində bu ölkəyə misilsiz səriştə və ləyaqətlə rəhbərlik etmiş bu qiymətli şəxsiyyətin başçılığı altında getmək əzmindədirlər.
Eyni əhvali-ruhiyyə mart ayının 26-da Qəbələ rayonu Dızaxlı, Yeni Dızaxlı və Zirnik kəndlərinin seçicilərinin prezident seçkiləri ilə əlaqədar təşkil edilmiş toplantısına da hakim idi. 
Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov partiyanın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kompaniyası çərçivəsində keçirilən görüşlərdə iradəsini ifadə edən insanların ölkəmizinə rəhbərinə dərin inamı və böyük məhəbbətinin olmasından bəhs etdikdən sonra sözü Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, akademik Rafael Hüseynova verdi.
Prezident İlham Əliyevin 2003-cü ildən başlanan yolunun əvvəlində elan etdiyi xəttə daim sadiq qaldığını və onun xalq içərisində böyük nüfuzunun əsas səbəblərindən birinin bəyanatları, vədləri, niyyətləri ilə əməlləri arasında dərin vəhdət olduğunu vurğulayan deputat Rafael Hüseynov söylədi: “Azərbaycanın gələcək inkişafını ölkəmizin dörd bucağındakı daimi tərəqqidə görən və bu arzusunu dilə gətirən Prezident İlham Əliyev niyyətinin gerçəlşəməsi yolunda konkret addımların atılmasına dərhal başladı. Regionlarımızın inkişafı üçün onun atdığı davamlı addımlar olmasaydı, bu arzunu belə qısa bir zamanda gerçəkləşdirmək də sadəcə çətin yox, mümkünsüz olardı. İndi Azərbaycanın bütün rayonlarında və kəndlərində 2003-cü ildən başlanan həmin yolun ürək sevindirən nəticələri müşahidə edilməkdədir. Bunun ən bariz nümunəsi isə elə Qəbələ rayonudur. Mərkəzdən uzaq olduğundan sovet onilləri ərzində Qəbələ sanki diqqətdən bir qədər kənarda qalmışdı. İndi isə Qəbələ şəhərinin və rayonun kəndlərinin həyatını araşdıranda, keçmişlə müqayisə edəndə nə qədər böyük tərəqqiyə nail olunduğu hər kəsə əyan olur. Son 15 ərzində burada aparılmış quruculuq, abadlıq işləri, infrastrukturun inkişafı Qəbələnin XX əsrdəki həyatı boyunca görülmüş işlərdən daha geniş, daha möhtəşəmdir. Bu gün Qəbələnin dünya standartlarına cavab verən yolları, nəhəng sənaye müəssisələri, elm və mədəniyyət mərkəzləri, muzeyləri heyranlıq doğurur. 20-25 il əvvəl kiminsə ağlına gələrdimi ki, Qəbələdə beynəlxalq hava limanı olacaq, bu yerlər ölkənin əsas turizm mərkəzlərindən birinə çevriləcək?
Prezident İlham Əliyevin aardığı məqsədyönlü siyasət bir yandan əhalinin həyatının firavanlaşmasına yönəlibsə, digər tərəfdən ölkənin bütövlükdə çiçəklənməsinə, bölgədə və dünyada aparıcı mövqelərə ucalmasına hesablanıb”.
Görüşdə iştirak edən kəndlərin ağsaqqalları, yerıli ziyalılar Mirzəmməd Mirzəliyev, Mustafa Sovzuyev, Elbrus Məmmədov, Sənan Süleymanov, Qorxmaz Qasımov, Cəlil Şərəfçinov dövlət başçımızın daxili və xarici siyasətini tam dəstəkləiklərini, ölkənin belə yüksək tərəqqiyə çatmasının, həyatlarının müsbətə doğru belə dəyişməsinin memarının Prezident İlham Əliyev olduğunu, həmin səbəbdən də qarşıdakı 7 ildə də Azərbaycanın rəhbəri kimi yalnız onu gördüklərini qətiyyətlə bəyan etdilər.
Görüşə yekun vuran akademik Rafael Hüseynov kənd əhalisinə səmimiyyətlərinə, dövlət başçımıza məhəbbət və sədaqətlə dolu sözlərinə görə minnətdarlığını bildirdəkdən sonra söylədi: “Prezident İlham Əliyevin ən böyük dövlətçi uğurlarından biri odur ki, o, ölkəmizi dünyada multikulturalizmin baçşlıca mərkəzlərindən birinə, dinlər, mədəniyyətlər arasındakı qolobal tədbirlərin təşkili üçün ən münasib məkana çevirib. Bunun ən əsas şərtlərindən biri ölkənin içərisində bu baxımdan sağlam mühitin mövcudluğudur. Azərbaycandakı xalqlar dostluğu, dinlərin, mədəniyyətlərin həmrəyliyi hər bir ölkəyə nümunə sayıla bilər. Uzağa getməyə nə ehtiyac? Elə sizin bu yerlərdə, Dızaxlı və onun yaxın ətrafında tarixən Azərbaycan türkləri ilə yanaşı türkmənlər, ləzgilər birgə yaşayıblar. Bu gün bu mehriban ailə əvvəlkindən də qat-qat möhkəm, sarsılmaz, bütövdür. Mən bu səmimiyyəti, bütövlüyü, mehribanlığı və Prezident İlham Əliyevə ehtiramı, sevgini həmin xalqların buradakı təmsilçilərinin çıxışlarında da eşidib çox fərəhləndim. Şüarımız “İlhamla irəlidir!”. Əlbəttə ki, belə müdrik, dövlətinə və xalqına sadiq bir rəhbərlə qarşıdakı illərdə bizim yol yoldaşımız daha böyük nailiyyətlər olacaq!”.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook