RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Hacıqabullular prezident İlham Əliyevi bu gün və sabah üçün özlərinin alternativsiz lideri sayır + Foto Mart 29, 2018 | 20:59 / Görüşlər

Artiq bi neçə gündür ki, Hacıqabul rayonu əsl seçki əhvali-ruhiyyəsi ilə yaşayır. Yeni Azərbaycan Partiyası Hacıqabul şöbəsinin partiyanın namizədi cənab İlham Əliyevin təbliğat və təşviqat kompaniyasını uğurla aparması ilə yanaşı rayon əhalisinin ən müxtəlif təbəqələri də ölkə başçısına dəstək ifadə olunan ardıcıl tədbirlər keçirirlər. 
Mart ayının 28-də Hacıqabul rayonunun 2 kəndində seçicilərlə keçirilən görüş və mitinq də məhz bu baxımdan diqqəti cəlb edirdi. Partiya üzvləri ilə yanaşı həmin tədbirlərə qatılan yüzlərlə hacıqabullu tək seçimlərinin Prezident İlham Əliyev olduğunu, Azərbaycanın gələcək yüksəlişlərini yalnız bu sınanmış liderin adı ilə bağladıqlarını bəyan edirdilər. 
Hacıqabulun Meyniman kəndində keçirilən görüşdə çıxış edən kənd ağsaqqalı Aydın Hüseynov tədbirin qonaqları və görüş iştirakçılarını salamladıqdan sonra bunu xüsusi vurğuladı ki, meynimanlılar üçün Prezident İlham Əliyev lap çoxdan doğma bir insandır və bu qədim kəndin həyatındakı ən parlaq səhifələr o böyük şəxsiyyətin adı ilə bağlıdır. Ona görə də bütün kənd əhalisi lap çoxdan öz qəti seçimini edib, onların inandığı, ümid bəslədiyi, ardınca gedəcəkləri rəhbər Prezident İlham Əliyevdir. 
Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov meynimanlıların ötən prezident seçkilərində də göstərdiyi fəallıqdan, Prezident İlham Əliyevin dövlətçilik xəttinə birmənalı sədaqətindən bəhs edərək budəfki seçkilərin də o baxımdan istisna təşkil etməyəcəyinə qəlbən inandığını bildirdi.
YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin sədri, rayon Gənclər və İdman İdarəsinin rəisi Saleh Ələsgərov da çıxışında rayon gəncliyinin idealının Prezident İlham Əliyev olduğunu, qarşıdakı seçkilərdə bütün rayon əhalisi kimi hacıqabullu gənclərin də Prezident İlham Əliyevə səs verəcəklərini qətiyyətlə söyləri. 
Hacıqabul rayonunu Milli Məclisdə təmsil edən akademik Rafael Hüseynov Prezident İlham Əliyevin daimi qayğıları nəticəsində Meyniman kəndinin simasının son illərdə çox dəyişdiyini, əhalinin məşğulluq probleminin əsaslı şəkildə həll olunduğunu konkret faktlarla açıqladı: “Dövlət başçımız Meynimanın bütün problemlərinə həmişə çox həssaslıqla yanaşıb. 2010-cu ilin mayında Meyniman sel sularının törətdiyi təbii fəlakətlə üz-üzə qalanda dövlət başçısı dərhal bu bölgədəki narahat vəziyyəti nəzarətə götürdü. Yaxşı xatıralyıram ki, həmin vaxtılarda cənab Prezidentin göstərişi ilə kəndin girəcəyindəcə Fövqəladə Hallar Nazirliyinin daimi fəaliyyət göstərən qərargahı yaradılmışdı, seldən zərər çəkənlərə dərhal ən zəruri köməklər göstərilirdi və çox keçmədən də təbii fəlakət nəticəsində ev-eşiyini itirənlər üçün yaraşıqlı, rahat mənzillər tikilərək istifadəyə verildi.
Onillər boyu bu ətrafın ən ağır problemlərindən biri yolsuzluq olmuşdu. Bu gün Bakı-Gəncə magistralından kəndə ayrılan hamar, rahat yolu biz sürətlə qət edərək görüş yerinə təxminən 6-7 dəqiqəyə çatdıq. Amma mən 10-15 il qabaq eyni məsafəni 40-45 dəqiqəyə keçdiyimi də yaxşı xatırlayıram. Yəqin köhnə meynimanlılar həmin məsafənin payız, qış aylarında az qala keçilməz olduğunu, saatlarla vaxt apardığını, avtomobillərin, traktorların bu yolda palçığa batıb qaldığı günləri də unutmamışlar. 2017-ci ilin yanvarında Prezident İlham Əliyev hacıqabullulara sevindirici yeni il hədiyyəsi etdi. Yanvarın ilk günlərində dövlət başçısının imzaladığı sərəncamla 10 yaşayış məntəqəsini, 19 min əhalini əhatə edən, ümumi uzunluğu 50 kilometr olan Qarasu - Abdulabad – Talış- Meyniman –Muğan yolunun tikilməsi üçün14 milyon vəsait ayrıldı və həmin işlərin böyük hissəsi də artıq yerinə yetirilb, 2018-ci ilin sonunda isə tamamilə yekunlaşdırılacaq.
Meyniman Azərbaycan kəndinin o qismindəndir ki, burada məşğulluq problemi əsaslı şəkildə həll edilmişdir və bir neçə müəsissədə kənd camaatı daimi işlə təmin olunmuşdur. 
Bu söylədiklərim Prezident İlham Əliyevin Hacıqabul və Meyniman üçün etdiklərinin yalnız cüzi bir hissəsidir və əlbəttə ki, sizin göstərdiyiniz dəstəklə, verəcəyiniz səslərlə qarşıdakı 7 ildə də böyük yolunu davam etdirəcək Prezident İlham Əliyev xalqımızın həyatını gözəlləşdirəcək yeni addımları ilə hələ sizləri çox sevindirəcəkdir”.
Hacıqabul rayonunda martın 28-də qarşıdakı prezident seçikləri ilə əlaqədar keçirilən növbəti tədbir daha da izdihamlı idi. 
Talış kənd əhalisinin həmin seçki mitinqinə toplaşan yüzlərlə nümayəndəsi Prezident İlham Əliyevin artıq 15-ci ili davam edən hakimiyyəti dönəminin Azərabyacnın həyatındakı misilsiz inkişaf illəri olduğunu dilə gətirirdi. 
Talış kəndi ərazisində yerləşən Kür Su Kəmərləri idarəsinin rəisi Eldəniz Həsənov həm başçılıq etdiyi kollektivin, həm də kənd əhalisinin ümumi məramını ifadə edərək Prezident İlham Əliyevlə birgəliklərini, qarşıdakı seçkilərdə də, 2025-ci ilə qədərki müddətdə də hər an sevimli rəhbərə arxa olacaqlarını, hər an Prezident İlham Əliyevin Azərbaycanın tərəqqisinə xidmət edən xəttini müdafiə edəcəklərini bildirdilər.
Mitinqdə çıxışı hərarətlə qarşılanan Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, akademik Rafael Hüseynov Talış camaatını salamlayaraq dedi: “Hardan hara gəlib çatdığımızı, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik illərinin xalq nələr verdiyinin mənzərəsini tam təsəvvür etməkçün sadəcə müqayisələr aparmaq gərəkdir. 
Bu inkişaf Azərbaycanın paytaxtından tutmuş bölgələrədək hər yerdə görünür. Amma Hacıqabulda bəlkə də daha artıq hiss edilir. Çünki elə bil uzun illər boyu bu rayon diqqətdən kənarda qalmış, respublikada gedən inkişaf prosesindən sanki buraya az pay düşmüşdü. 
Prezident İlham Əlieyev bu tərəflərə səfərlərindən birində söyləmişdi ki, mən Hacıqabulun inkişaf etməsini çox istəyirəm. 
Başqa adamın dilində sadəcə arzu olan bu sözlər Prezidentin dilində artıq xalqa verilən vəd, proqram kimi səslənir. 
Həmişə verdiyi sözün icrasına son dərəcə məsuliyyətli yanaşan Prezident İlham Əliyevin səyləri ilə Hacıqabul dinamik inkişaf edən rayona çevrilmişdir və heç şübhəsiz bu çiçəklənmənin ən qabarıq hiss edildiyi ərazilərdən biri də Talış kəndidir”.
Akademik Rafael Hüseynov 11 aprel seçkilərində hər zaman xalqa dayaq, arxa olan Prezident İlham Əliyevə xalqın, o cümlədən Talış kəndi əhalisinin də arxa, dayaq duracağına şübhə etmədiyini söylədi.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook