RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Şirvanlılar "İlhamla irəli" çağırışını Azərbaycanın daha xoşbəxt gələcəyinin əsas düsturu sayır + Foto Apr 05, 2018 | 23:01 / Görüşlər

Azərbaycan Respublikası prezidenti seçkilərinə düz 1 həftə qalmış, aprel ayının 4-də Şirvan şəhərindəki Mədəniyyət Mərkəzində təbliğat-təşviqat tədbirləri çərçivəsində keçirilən növbəti görüş şəhər sakinlərinin xüsusi fəallığı və ruh yüksəkliyi ilə yadda qaldı. 
Yeni Azərbaycan Partiyası Şirvan şöbəsinin təşkilatçılığı ilə baş tutan həmin görüşə şəhərin mədəniyyət işçiləri, ziyalıları, gəncləri ilə yanaşı müxtəlif istehsalat müəssisələrində çalışan çoxlu sakin toplaşmışdı. 
Yüzlərlə şirvanlının qatıldığı həmin görüşün qonağı olan akademik, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov gələnləri səmimiyyətlə salamlayaraq dedi: “Sizin əllərinizdə “İlhamla irəli” çağırışları, başlarınız üzərində istiqlalımızın rəmzi olan üçrəngli bayraqlar. Əslində bunlar bir-biri ilə birbaşa bağlı olan dəyərlərdir. Bu il, prezident seçkilərindən az sonra milli tariximizin daha bir əlamətdar hadisəsi baş verəcək. Azərbaycanın dövlət müstəqilliyinin, cümhuriyyətimizin qurulmasının 100 yaşını may ayının 28-də bayram edəcəyik. 1918-ci ildə qazandığımız o müstəqilliyi hərəsi bir böyük şəxsiyyət, müstəsna zəka və qeyrət sahibi olan qurucu babalarımız cəmi 23 ay ayşada bilmişdilər. Sonra 70 il həmin istiqlalın həsrətini çəkdik. 
1991-ci ildə bərpa edulmiş və yenidən 1993-cü ildə qırılmaq təhlükəsi ilə üzbəüz qalarkən Ulu Öndər Heydər Əliyev tərəfindən xilas edilmiş dövlət müstəqilliyimiz artıq 27 yaşındadır. Əgər Azərbyacan istiqlalı XX əsrin sonlarının təlatümlü, XXI əsrin ilk onillərinin enişli-yoxuşlu, mübarizəli yollarından şərəflə adlayaraq bunca parlayan səviyyəyə çatıbsa, biz inkişaf edən, dünyada özünü layiqincə təmsil edən, bölgədə lider olan bir ölkəyə çevrilmişiksə, bu, ilk növbədə 2 böyük şəxsiyyətin – müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin, son 15 il ərzində Azərbaycana uğurla rəhbərlik edən Prezident İlham Əliyevin xidmətidir. 
Prezident İlham Əliyev dönəmində Azərbaycanın iqtisadi gücü qat-qat artdı, sənayemiz, kənd təsərrüfatımız tərəqqi etdi, əhalinin rifah halı yükəldi, kəndlərimiz, bölgələrimiz şəhərləşməyə başladı, mədəniyyətimiz yeni-yeni üfüqləri fəth etdi, dövlətimiz ən ali beynəlxalq məclislərdə söz, nüfuz sahibinə çevrildi. Ərazilərinin bir hissəsi işğal altında olan, 1 milyon qaçın və məcburi köçkünün qayğıları ilə yaşaya-yaşaya, dünyada iqtisadi böhranın, yüz cür münaqişlərin cərəyan etdiyi bir əsnada bu cür inkişafa müfəffəq olmaq son dərəcə çətindir. Bunlara yetə bilməkçün dövlət başçısında uzaqgörənlik, üstün zəka, qətiyyət, iradə, bilik, Vətəninə və xalqına, dövlətinin ideallarına sonsuz sevgi tələb olunur. Bu keyfiyyətlərin hamısı Prezident İlham Əliyevin varlığında ən ali səviyyədə qovuşduğundan onun qabil öndərliyi ilə bu qədər könülaçan inkişafa və zəfərlərə yetmişik. Əllərinizdəki o bayraqlar bunca inmala, vüqarla dikəlirsə, bu güc ən əvvəl Prezident İlham Əliyevin qüdrətli etməyi bacardığı müstəqil Azərbaycanın indiki parlayışlarına bağlıdır.
Əlbəttə ki, hər birinizin ən böyük istəyi budur ki, yolumuz elə beləcə də davam etsin, hər an müşaiyətçimiz yüksəlişlər olsun. Ona görə də sizlər, Prezident İlham Əliyevi sevən, Azərbaycanın ən işıqlı sabahlarının məhz onun adı və əməlləriylə bağlı olduğuna inananlar, əlbəttə ki, haqlısınız.
“İlhamla irəli!” sizin etdiyiniz seçimdir ki, 1 həftə sonra bir daha bu seçimiznizi səslərinizlə təsdiqləyəcəksiniz.
İlham Əliyev Azərbaycana artıq 15-ci ili yaşanan müddətdə rəhbərlik etmiş liderimizin adıdır.
Amma “ilham” həm də dilimizin bir gözəl sözüdür ki, mənası şövq, həvəs, eşq, istəkdir.
İrəliyə getmək, sabahlara inamla irəliləyə bilmək üçün gərək ən əvvəl ürəklərdə ilham ola, şövq ola, həvəs ola, eşq ola, istək ola!
Prezident İlham Əliyevin gücü ondadır ki, Azərbaycana rəhbərliyinin 15 ili boyunca insanlarımızın ürəyində də o ilhamı yaratmağı bacarıb.
Ona görə də qəlbində və dilində “İlhamla irəli!” çağırışı olanların ölkəmizə və millətimizə bəxtiyarlıq bəxş edəcək yeni-yeni zirvələrə çatacağına şübhə yoxdur.
İlahmla irəli getdikcə yeni qələbələr, zəfərlər də bizimlə olacaq”.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook