RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Seçim anı + Foto Apr 11, 2018 | 20:28 / Mətbuatda çıxışlar

Bu səhər – 2018-ci il aprelin 11-də erkən saatlarda əvvəlcə Binəqədi rayonundakı 17-ci məntəqədə hər cəhətdən birinci olduğu kimi prezidentliyə namizədlərin sırasında da ADI BİRİNCİ olan Namizədimə səs verdikdən sonra müşahidələr aparmaqçün Nizami seçki dairəsinə yollandım. 
Azərbaycan Milli Məclisinin üzvlərindən, tanınmış ziyalılarımızdan, elm, təhsil, mədəniyyət xadimlərindən ibarət 9 nəfərlik heyətimiz ayrı-ayrı məntəqlərə baş çəkməyə üz tutur.
İlk ən sevindirən cəhət insanlarımızdakı seçki səriştəliliyinin artması, onların ölkə həyatının bunca vacib tədbirlərinə bu qədər həssas, fəal münasibətdir.
Eyni düşüncəni məntəqələri dolandıqca xarici ölkələrdən olan müşahidəçilərlə söhbətlərimizdə elə dəfə-dəfə onların da dilindən eşidirik.
Mən Avropa Şurasının müşahidə missiyalarının üzvü olaraq yeni əsrin arxada qalan illəri ərzində bir sıra üzv ölkələrdəki prezident və parlament seçkilərini izləmişəm.
Heç uzağa getmirəm, Azərbaycan vətəndaşlarına daha əlçatan olan Türkiyədə və Gürcüstandakı seçki məntəqələrini, yaradılmış şəraiti, seçki gedişatını bizim bugünkü seçkilərin gedişi ilə müqayisə edirəm. Müqayisəyə gəlməyəcək dərəcədə fərqlər var ki, Azərbaycanın bu sahədə nə qədər irəlidə olduğunu açıqca nümayiş etdirir. 
Həm də bu müqayisə əsnasında bir başqa həqiqəti də duyuram. 
Bizim seçki məntəqlərinin əksəri geniş, işıqlı, müasir məktəb binalrındandır. Hətta bəzi böyük məktəblərdə 2 məntəqə var. Genişlik, gözəllik, rahatlıq ürək sevindirir. Daha çox fərəhləndirənsə məktəblərin özləridir. Seçki 1 gündür. Sabahdan məktəb yenə adi həyatını davam etdirəcək. Əlbəttə, belə gözəl məkanlarda dərs demək də, təhsil almaq da yalnız məmnunluq oyada bilər.
Bu məktəblərin hamısı son 10-15 ildə tikilib, bəziləri də elə təzədən tikilmişcə var – əsaslışəkildə yenidən qurulub.
Seçkilər tam şəffaf, azad, demokratik məcrada davam edir.
O qədər rəvan ki, ara-sıra bu gözəlliyə nə təhərsə zəif də olsa ləkə yaxmağa çalışan muzdlu bədxahların özləri çox miskin görünür.
Məntəqələrdən birində əyləşmişəm.
Məndən irəlidə ATƏT-in müşahidəçiləri oturub.
Nəhayət hər şeyin qaydada olduğuna əminlikləri yaranandan sonra qalxıb getmək istəyirlər. 
Elə çıxa-çıxda görürlər bir dəstə cavan seçici gəldi. 
Bu dəstəylə gəlişə bir az şəklənən kimi olurlar.
Fikirlərini dəyişirlər, ayaq saxlayırlar və daha yarım saat izləyirlər.
Gələnlər bir-bir sənədini verir, qeydiyyatdan keçir, seçki bülletenin alır, səsini verib gedir.
Qəfildən problem yaranır. 
Gələnlərdən biri şəxsiyyət vəsiqəsini unudub. 
Yalvarmağa başlayır ki, məni ki, tanıyırsınız, elə bu məktəbin qonşuluğunda yaşayıram, adım bu, soyadım bu. Tələsirəm, səsimi verim gedim. 
“Bağışlayın, heç cürə kömək edə bilməyəcəyik. Eviniz yaxındırsa, lap yaxşı, gedin, vəsiqəylə gəlin”.
Həmin cavan birazdan, artıq vəsiqə ilə qayıdıb gəlir.
Bu arada şəffaf qutuda evində səs vermiş 2 əlilin bülletenləri atılmış qutunu gətirirlər. 
Hamıya elan edərək həmin şəffaf qutunun ağzı qapadılır və əsas seçki qutusunun yanına qoyulur.
Bütün bunlar hamımızın, o cümlədən ATƏT-in seçki müşahidəçilərinin gözləri önündə cərəyan edir.
ATƏT-li qonaqlar seçkini saat dəqiqliyi ilə idarə edən personala razılıqlarını və təşəkkürlərini bildirərək xudafizləşirlər.
Az sonra biz də başqa məntəqlərə yollanırıq.
Artıq seşki saatının bitəməsinə lap az qalır. 
Çox adam günün birinici yarısında, nahardan az sonra məntəqlərə gələrək vətəndaşlıq borclarını yerinə yetirmişlərsə də, hələ də gələnlər var.
Azərbaycanın İLHAMLI illərinin çox qələbələri var.
Zənnimcə, ən fərəhli uğurlarımızdan biri də nail olduğumuz bu yüksək seçki mədəniyyətimizdir.
Seçimin Mübarək, Azərbaycan!

Etikxeber

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook