RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
İstiqlalımızı qoruyan qayıdış + Foto İyun 15, 2018 | 19:21 / Tədbirlər

Bu gün müstəqil Azərbaycan dövlətinin keçmiş müstəmləkəçilik buxovlarına, siyasi-ictimai əsarətə qarşı vahid xalq hərəkatında birləşərək milli qurtuluşu və müstəqilliyinin bərpa olunmasından iyirmi beş il ötür.

Azərbaycan dövlətçiliyinin milli özünüdərkə, tarixi yaddaşa söykənən əsasları, başlanğıcını hələ XX əsrin 60-cı illərindən götürərək ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter almışdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş elmi sessiya keçirilib. Muzeyin direktoru, akademik Rafael Hüseynov tədbiri “İstiqlalımızı qoruyan qayıdış” adlı məruzəsi ilə açaraq ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş addımlarının atılmasından, müstəqil dövlət quruculuğu prosesinin başlanması ilə Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması kimi nailiyyətlərdən bəhs etdi. Natiq bildirdi ki, ötən əsrin 90-cı illərinin əvvəllərində yenicə müstəqillik qazanan respublikamız şimaldan, cənubdan separatçı qüvvələr tərəfindən parçalanmaq təhlükəsi ilə üz-üzə qalanada xalq öz taleyini Heydər Əliyevə etibar etdi. Heydər Əliyev hadisələrə vaxtında və düzgün verdiyi qərarlarla xalqımızı qardaş qırğınından, parçalanmaq təhlükəsindən xilas etdi. 1993-1996-cı illərdə Azərbaycanın bütün sahələrində güclü quruculuq, dövlət strukturlarının yaradılması prosesi sürətlə davam etdirildi. 
Akademik vurğuladı ki, ümummilli lider 1991-ci ildə yenidən bərpa edilmiş istiqlalımızı möhkəmləndirərək Azərbaycanı iyirmi birinci əsrə günü-gündən inkişaf edən bir dövlət kimi gətirdi. O, həmçinin qeyd etdi ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin siyasi xəttini uğurla davam və inkişaf etdirir.
Tədbirdə, həmçinin, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini, professor Xatirə Bəşirlinin “Azərbaycanın milli birliyi, bütövlüyü, həmrəyliyinin simvolu –15 İyun Qurtuluş Günü”, muzeyin “Komparativistika və bədii tərcümələr” şöbəsinin müdiri, professor Şəfəq Əlibəylinin “Zaman imtahanından çıxmış qurtuluş” adlı məruzələri dinlənildi.
Tədbirin iştirakçıları Heydər Əliyevin şanlı ömür yolunu əks etdirən maraqlı sərgi ilə də tanış oldular.

Qabil YUSİFOĞLU, 
“Xalq qəzeti”

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook