RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Noy 05, 2018 | 22:12 / Axşam görüşləri
Bu səs vətənin səsi: "Axşam görüşləri" verilişinin əməkdar incəsənət xadimi Çingiz Abbasova aid buraxılışının anonsu

O vaxt hər evdə mütləq radio vardı. 
Rayon mərkəzləri, ən ucqar kəndlər belə radiolaşdırılmışdı və şəhərlərin, kəndlərin əsas meydanlarında, camaatın çox toplaşdığı yerlərdə də dirəkdən asılı radioreproduktor olardı. 
O vaxt, yəni XX əsrin ta 1970-ci illərinəcən. 
Hətta səksəninci illərin əvvəllərində də sayı azalmışdısa da, tək dalğaya köklənmiş divar radioları hələ qalırdı. 
Azərbaycanda 1956-cı ildən həm də televiziya işləyirdisə də, radio öz sevimli yerini qoruyub saxlamışdı.
Amma sonra yavaş-yavaş dövr dəyişdi, divar radioları asta-asta yoxa çıxdı, indi axtarsan muzeydə taparsan.
Lakin nəsil-nəsil insanın hayanı olmuş sevimli radionun yaddaşlardakı, ürəklərdəki izi ki silinən deyil!
Azərbaycan radiosu daimi yayınlarını davam etdirdiyi 92 il boyunca bu millətin və yurdun səsi olmağı bacarıb.
Noyabrın 6-sı növbəti ad günüdür radiomuzun.
O səsi millətinki etməyi bacarmış, bu yolda zəhmətlər çəkmiş bütün dəyərli yaradıcılara – həyatdan getmişlərə rəhmətlər, yaşayanlara şərəflər olsun!
Noyabrın 4-də saat 21.30-da və noyabrın 6-da saat 23-də FM 105 tezliyində Azərbaycan Radiosunda səslənəcək “Axşam görüşləri” verilişində bayram düşüncələrimizi bölüşəndən sonra həyatının 45 ilini Azərbaycan Teleradiosuna həsr etmiş fədakar insan, əməkdar incəsənət xadimi Çingiz Abbasovdan söz açacağıq.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook