RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Avg 03, 2017 | 00:47 / Mahnılar
Sənin adın

Prezidentin oğlu olmaq böyük məsuliyyətdir. Xüsusən uşaqlıq, yeniyetməlik illərində dövlət başçısının övladı olmaq səni istər-istəməz başqa çox tay-tuşalarının rahatca çatdığı əksər azadlıqlardan, sərbəstliklərdən məhrum edir. Gəncliyin, yazılmamış bir qanunla, hardasa büdrəmək, səhv etmək ixtiyarı da var. Bu o demək deyil ki, cavansansa mütləq səhv etməlisən. Amma hər halda gənc insana məhz gənc olduğu üçün yanlışlarını da tez bağışlayırlar, daha doğru səmtə yönəlməkçün fürsəti də ona daha tərəddüdsüz yaradırlar. Gənclər elə bu cür böyüyürlər, həyatda çox dərsləri addım-addım irəlilədikcə, yanlışlarını düzəldə-düzəldə, yaşadıqca alırlar. Lakin Prezident oğlusansa, bu girəvədən də məhrumsan. Hər sözünə daim nəzarət, hər hərəkətinə hər an ciddi diqqət etməyə borclusan. Axı sən tək özünə cavbdeh deyilsən! İndi təsəvvür edin ki, gənc bir insan həm Prezident oğlu ola, həm də Heydər Əliyev kimi böyük bir adı və soyadı daşıya. Bu gün 20 yaşıı tamam olan balaca Heydər Əliyevin illər illərə qovuşduqca yaşı artacaq, gün gələcək ki,gənclik də arxada qalacaq. Lakin bu məsuliyyət yükü ömrü boyu onunla birgə qalacaq! Bu gün 20 yaşı tamam olan gənc Heydər Əliyev mənim üçün əziz olan iki insanın – böyük qurucu unudulmaz Heydər Əliyevin və Prezident İlham Əliyevin balasıdır. Xoşbəxt, sağlam, uğurlu, Vətəninə və xalqına layiqli böyüsün! Həyatının bu əlamətdar günündə ona (və əslində bütün Azərbaycana) ən başlıca arzum isə odur ki, adı bir rəmz olan bu gənc ömrün sonrakı çox onillərini də müstəqil, azad, yüksələn, dünyaya parlayan Azərbaycanı ilə qarşılasın! Və sözlərini mənim, musiqisini bəstəkar Oqtay Rəcəbovun yazdığı “Sənin adın” ünvanlı bu nəğmə də elə eyni mətləbləri söyləyir!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook