RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Sen 01, 2017 | 22:03 / Axşam görüşləri
Bütün uğurların qızıl açarı: Cefri Verboka həsr edilmiş "Axşam görüşləri" verlişinin anonsu

Eşq olmasa, ürəkdən bağlılıq olmasa, fədakarlıq olmasa mümkün deyil. Gərək tutduğun yolda, qulpundan yapışdığın işdə can yandırasan ki, uğur da sənə gülə.
1970-ci illərin sonlarında İtaliyadan Azərbaycana cavan bir araşdırıcı qonaq gəlmişdi. Ədəbiyyatımızı öyrənir, poeziyamızdan tərcümələr edirdi. 
Dostluğumuz bugünədək davam edir və indi o, professordur, görkəmli şərqşünas, Azərbaycanşünas alimdir. 
Campiero Bellinceri Azərbaycan dilini gözəl bilirdi. 
İtaliyada otura-otura yanında ən yaxşı Azərbaycan dili müəllimi olsa belə, könlü istəyən səviyyədə dil öyrənə bilməyəcəyini nəzərə alaraq 2 ilə yaxın müddətə evindən-eşiyindən, rahat şəraitindən ayrılmışdı. 
İlk dissertasiyası qaşqaylar haqqında idi. Ona görə də getmişdi İrana, qaşqayların arasında yaşamışdı, onların həyat tərzini də, məişətini də, tarixini də, təbii ki, ədəbiyyatı və mədəniyyətini də yaxşıca öyrənmişdi. 
Arada bir neçə günlüyə qonaq getdiyi Şəkidə Campiero ilə tanış olndan, onun zəkasını, dilimizdə necə rəvan danışmasını görəndən, mehribanlığına, səmimiyyətinə şahid kəsiləndən sonra hər olacağa bir məzə qoşmaqda mahir olan yerli camaat onun adını yüngülvari dəyişmişdi. 
Başlamışdılar onu Campiero yox, Canciyər çağırmağa.
İlk dəfə amerikalı Cefri Verbokla yaxından tanış olandan, onun ömür hekayətini öz dilindən eşidəndən sonra anladım ki, bu insanın da uğurlarının arxasında elə Campieroda olan sayaq fədakarlıq dayanır.
Cefri Filadelfiyada yaşayırdı və mühəndis idi. Elə maraq üçün istirahət saatlarında gitara çalmağı vardı. Günlərin birində muğam eşidir və heyran qalır. 1970-ci illərin əvvəlləriymiş və qərara alır ki, Azərbaycan muğamını ifa etməyi öyrənsin. Amma necə? SSRİ ilə ABŞ düşmən, soyuq müharibə dövrü, sərhədlər qapalı. 
Soraq-soraq eşidir ki, Los-Anıelesdə bir nəfər var, ondan Şərq musiqisini, məxsusən Azərbaycan muğamını öyrənmək olar. 
Cefri düşdüyü muğam sevdasının hökmü ilə qurduğu bütün münasib həyat şərtlərindən vaz keçərək durub gəlir yad şəhərə, heç ünvanını da bilmədiyi həmin musiqiçini aramağa başlayır. 
Çətin də olsa, nəhayət ki, tapır. 
Həmin şəxs əslən Dərbənddən imiş, vaxtilə bura Sovet İttifaqından mühacirət edibmiş. 
Elə ilk təmaslardan sonra bir-birlərinə bağlanırılar. 
Və Cefri başlayır muğamı mənimsəməyə, Azrbaycan musiqi alətlərində çalmağa. 
Tədicən bu muğam aşiqi amerikalı dönüb olur Azərbaycan vurğunu.
İndi dəf də çalır, tar da, kamança da, ud da...
Sentyabrın 3-də saat 21.30-da və senrtyabrın 5-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi Azərbaycan musiqisi ifa edən amerikalı Cefri Verboka həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook