RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Dek 13, 2017 | 22:22 / Axşam görüşləri
Xudu Məmmədovu tanımaq və sevmək: "Axşam görüşləri" verilişinin Xudu Məmmədova həsr olunmuş xüsusi buraxılışının anonsu

Sabah – 2017-ci il dekabrın 14-də böyük Azərbaycan ziyalısı, unudulmaz alimimiz Xudu Məmmədovun 90 yaşı onsuz gələcək.
Bir necə dəqiqə əvvəl dəyərli sənətkarımız, tarzən Firidun Ələkbərovla telefonla danışırdım və onu sabahkı bir ədəbi-musiqili məclisə dəvət edirdim ki, gəlsin, xatirələrini bölüşsün.
Əziz Firidun müəllimin 95 yaşı var və arzulayıram ki, hələi llərcə də könül rahatlığı ilə yaşasın.
Ömür vəfa etsəydi, elə Xudu müəllimlə də danışa bilərdim bu axşam... 
Amma nə acı ki, artıq 29 ildir onsuzuq.
Yaşıdları, indi ondan qocaman olanlar sağdırsa, o da yaşaya bilərdi düşünürəm və dərhal da elə özüm-özümə etiraz edirəm. 
O ürək ki ondaydı, o qasırğalar ki, Vətənin başı üzərindən keçdi, o müsibətlər ki, Xudu müəllimin sevimli Qarabağına urcah oldu, dözə bilərdimi bunlara?!
Söyləyirdi ki, uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil. 
Deyirdi ki, siz onlara Vətəni tanıdın, özləri sevəcəklər.
Sabah – dekabrın 14-ü Xudu müəllimin ad günüdür, doğum günüdür, yuvarlaq ildönümüdür.
Radioda FM 105 tezliyində Xudu Məmmədov haqqında Azərbaycan Radiosunda ötən bazar günü getmiş “Axşam görüşləri” verilişinin saat 23-də təkrar səslənişi olacaq.
Sevənlər Xudu müəllimi onsuz da sevir.
Bu verilişi hazırladım ki, sevənlər bir hada 1 saat boyunca onunla olsunlar, ürəklərindəki Xudu məhəbbəti bir az da artsın, Xudu Məmmədovu tanımayanlar, ya az tanıyanlarsa bir az da yaxından tanısınlar.
Tanıdıqca, əlbəttə ki, mütləq könüllərində ona dərin sevgi yaranacaq!.
Böyük dəyərləri tanıdıqca sevirik!

14 dekabr , saat 23, FM 105 Azərbaycan Radiosu “Axşam görüşləri”. Xudu Məmmədova həsr olunmuş xüsusi buraxılış
Vaxtınız olsa, dinləyin...

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook