RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
May 27, 2018 | 11:28 / Axşam görüşləri
Bir əsrin 29 ili : "Axşam görüşləri" verilişinin Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibətilə təbriklərini millət və dövləq quruculuğu yolunda müstəsna xidmətlər göstərmiş Şah İsmayıl Xətaiyə həsr edilən buraxılışının anonsu

Onlar səadətli günlərin gec-tez mütləq qayıdacağına inanırdılar.
Çünki vur-tut 23 ay ömür sürsə də, qurucu babalar həyat verdikləri Azərbaycan Cümhuriyyətininvarlığı ilə xalqımıza istiqlalın şirin dadını tanıtmışdılar.
Onlar Azərbaycan insanına “Sənin millətlər və dövlətlər sırasında şərəfli yerin var!” həqiqətini anlatmışdılar.
“Bir kərə yüksələn bayraq bir daha enməz!” söyləməklə düşüncələrə və könüllərə o inamı həkk etmişdilər ki, istiqlal qazanılmışsa, bir xalqın müstəqil dövləti qurulmuşsa, xalq bu əziz nemətin nə olduğunu duymuş və dərk etmişsə, daha həmin hiss heç vaxt ürəklərdən getməz.
Hətta bu istiqlal qırılsa, devrilsə belə yenə mütləq qayıdacaq.
Çünki binalar üstündə yüksələn bayrağı ordan çıxarıb endirmək mümkünsə də, ürəklərdə dalğalanan bayrağa zaval yoxdur, onun ömrü əbədiyyət boyuncadır!
Bayramaların ən əzizi, ən şərafətlisi gəlir.
İstiqlalımızın 100 yaşı tamam olur.
Tanrı və Tarix bizə bu sərvəti çox görməsin!
Xalqımız və yurdumuz bundan sonra yüzillər boyu daim müstəqil, azad yaşasın, müdam ucalsın, qüdrətlənsin, bəxtiyarlıq içərisində ömür sürsün!
Bayramınız mübarək əziz həmvətənlərimiz!
Mayın 27-də saat 21.30-da və mayın 29-da saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi sizlərə Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibətilə təbriklərini millət və dövləq quruculuğu yolunda müstəsna xidmətlər göstərmiş Şah İsmayıl Xətaiyə həsr edilən verilişlə çatdıracaq.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook