RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
İyul 07, 2018 | 17:20 / Axşam görüşləri
Tək qalmaq istəməyən ilk: "Axşam görüşləri" verilişinin görkəmli musiqici və pedaqoq, əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadəyə həsr edilmiş buraxılışının anonsu

Onun ömründə çoxlu ilk var.
Azərbaycanın öz millətimizdən olan ilk qadın vilolonçel ifaçısı.
Azərbaycan Dövlət Konservatoriyasının, indiki Musiqi Akademiyasının Simli alətlər kafedrasının ilk azərbaycanlı qadın vilolonçel müəllimi.
Həmin kafedranın vilonçel ifaçısı və müəllimi olan ilk qadın professoru.
Bu baş musiqi təhsili ocağımızda ən əsas tədris qurumlarından sayılan ifaçılıq fakultəsinin ilk vilonçelçi qadın dekanı.
Gününə görə yalnız Azərbaycanda deyil, oçağıkı nəhəng sovet məkanında dəfələrlə uğurlu çıxışlar etmiş və rəğbətlər qazanmış, 1965-ci ildə yaradılan ilk “Qadınlar kvartetinin” aparıcı solisti olmuş, bəstəkarlarımızın kamera musiqisini 1960-70-ci illərdə SSRİ məkanında layiqincə təqdim etmiş mahir vilonçel ifaçısı.
Azərbaycan diində violonçel ifaçılığı və metodikasına aid ilk dərsliklərin müəllifi...
Bütün bu ilklərin hamısı 2018-in bu iyul günlərində növbəti ad gününün astanısında dayanan şəfqətli insan və sənətkar, professor Nəzmiyyə Abbaszadəyə aiddir.
İlklər Nəzmiyyə xanımın taleyinə yazılıbmış.
Amma o yalnız ilklərə imza atan kimi qalmaq istəmədi, şöhrət nə qədər könüloxçayan olsa da, Nəzmiyyə tək olmaq istəmədi.
Onillər boyu ona evi qədər doğma olan konservatoriyada yeni-yeni istedadlı violonçel ifaçıları nəsillərini yetişdirməklə məşğul oldu.
Violonçel çalan Azərbaycan qəzlarının sayı artmağa başladı, onların xoş sədası böyük konsert salonlarından, efirlərdən, dünyanın ən mötəbər sənət müsabiqələrindən qaliblər kimi gəlməyə başladı.
...Bəlkə də bu bir təsadüf imiş. 
Ancaq mən həmin təsadüfdə xüsusi rəmz görürəm.
Nəzmiyyənin atası, gəncliyində musiqi təhsili alsa da, sonra yolunu dəyişmiş, mühəndislik etmiş Müzəffər Sultanzadənin köhnə skripkası evdə qalırmış. 
Hərdən ovqatının duru vaxtında skripkasını köksünə sıxıb çalarmış.
Müzəffər Sultanzadə, musiqi texnikumunda dərs aldığından təbii ki,Qərb bəstəkarlarının skrikpa üçün yazdığı gözəl əsrələri əzbər bilirdi. Fəqət ahıl çağlarında onu həzin axşamlarda skripka çalmağa sövq edən ürək idi. 
Və Müzəffər hansısa bəstəkar əsərini deyil, həmişə muğam çalardı.
Və rəmz dediyim də odur ki, skripkasının yanında ayrıca yayı olmadığından Müzəffər kişi qızı Nəzmiyyənin yayını götürüb çalarmış.
Bu yay sanki körpü idi.
Atanın musiqyə sevgiləri, başacan olmayan musiqiçi taleyi, ilə istəkli balasının ta ömrün sonunacan musiqyıə ötəcək, vilolonçelə bağlı olacaq yolu və taleyi arasındakı körpü...

İyul ayının 8-də saat 21.30-da və iyulun 10-da saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi görkəmli musiqici və pedaqoq, əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadəyə həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook