RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
İyul 07, 2018 | 17:31 / Mahnılar
Andımız Azərbaycan!

 Musiqi: Faiq Sücəddinov

Sözlər: Rafael Hüseynov

Dünya heyran bu şirin, vüqarlı, dogma sözə,
Əlli milyon insanı qovuşduran möcüzə.
Əlli milyon soydaşın damarında axan qan –
Ruhumuz, varlığımız, andımız Azərbaycan!

***,
Harada məskən salsan, könlün, canın Vətəndə,
Döyünən ürəyindir Vətən sənin sinəndə.
Vətən uzaqda deyil, Vətən daha yaxındır,
Sən bu elin oğlusan Vətəninə yaxın dur!

***
Vətəndən uzaqlara səni qismət apardı,
Doğma sahillərindən səni tale qopardı.
Əl uzatsan Vətənə əllərini sıxan var,
Məhəbbətlə Vətəndə sənə qucaq açılar. 
***
Sənin soyun şərəfli odlar yurdu övladı
Harda olsan qoru sən, ucalt bu şanlı adı.
Vətən sənə güvənər, sən millətin səsisən
Vətən sənin dayağın, millətinlə güclüsən!
***
Dünya heyran bu şirin, vüqarlı, dogma sözə,
Əlli milyon insanı qovuşduran möcüzə.
Əlli milyon soydaşın damarında axan qan –
Ruhumuz, varlığımız, andımız Azərbaycan!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook