RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəElanlar
Bu gün "Vətənim" tele-essesinin növbəti sayı yayımlanacaq Apr 26, 2021 | 12:58

Aprelin 26-da saat 19:15-də AZTV-nin Mədəniyyət kanalında yayımlanacaq "Vətənim" tele-essesinin növbəti sayı yenə böyük dramaturq Hüseyn Cavidin misilsiz, çoxşaxəli yaradıcılığına həsr ediləcək.

Verilişdə Hüseyn Cavid şeirinin gizlinləri, şairin misralarındakı heyrətli öncəgörümlər, Cavidin qeyb olan tamamlanmış dramları və keşməkeşli yolundan bəhs olunacaq.

Proqramın aparıcısı AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovdur.
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook