RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəDaş altından qalxan solmaz çiçəklər

Onun gəlişini görməmək mümkün deyildi. 
Bu gənc elə parlaq idi ki, bir neçə dəqiqə onu görmək, dinləmək bəs edirdi idi ki, qabında nə olduğunu təsəvvür edəsən.
İlk parlayışı 1954-cü ildə baş vermişdi.
Zahirən ənənəvi bir hesabat konserti idi.
1 saylı Bakı musiqi məktəbinin buraxılış konserti gedirdi. Şagirdlər bir-bir səhnəyə çıxara q hazırladıqları parçaları ifa edirdi.
Tamaşaçıların əsas hissəi valideynlər, bu şagirdlərin müəllimləri idi.
Ona görə də bu auditoriya istəklilərini həvəsləndirməkçün onların adı elan edilən kimi də, ifa tamamlanandan sonra da ürəkdən alqışlayırdı. 
Təbii ki, hər kəs özününkünü daha səylə alqışlayırdı.
13-14 yaşlı orta boylu, çatmaqaş, elə gendəncə hərəkətlərindən utancaqlığı, səhnədə özünü bir qədər narahat hiss etməsi hiss edilən növbəti məktəbli dəvət edildi.
Piano arxasına keçdi və başladı çalmağa.
Elə ilk passajlarını edən kimi zala qəribə bir sükut çökdü. 
Aşkarca hiss edilirdi ki, bu duyum, bu ifa tərzi şagird səviyyəsi deyil, bu barmaqların, bu ürəyin ayrı bir işığı var.
Zaur Əliyev ifasını bitirincə sürəkli alqışlar qopdu.
Və bu alqışlar əvvəlki alqışlara bənzəmirdi. 
Sözləşibmiş kimi bu yeniyetməyə hər kəs elə öz uşağnın, öz yetirməsinin uğuruna sevinən kimi əl çalırdı.
Bəstəkar Midhət Əhmədov Zauru çağırdırdı yanına, qucaqladı: “Afərin!”, – dedi, “Gözəl çaldın. Sən mütləq təhsilini davam etdirməlisən. Ləngimədən sənədlərini Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinə ver”.
Və sonra da inamla əlavə etdi: “Sən yaxşı musiqiçi olacaqsan!”.
O gün Zaur da, ondan çox isə anası Xədicə xanım xoşbəxtlərin xoşbəxti idilər.
Vur-tut dörd il sonra isə Asəf Zeynallı məktəbinin iki şöbəsini – həm ifaçılıq, həm xor-dirijorluq bölmələrində təhsilini uğurla başa vurmuş Zaur artıq Azərbaycan Televiziiya və Radiosu xalq çalığı alətləri ansamblının solisti idi.
Azərbaycan televiziyası ilk addımlarını atırdı.
Radiodadakı konsertlərdən şirin barmaqlarına heyran qalanlar, məharətli muğam ifalarını eşidib feyziyab olanlar ekranlarda yaraşıqlı, cavanca oğlanı görəndə təcrübəli, oturuşmuş ifaçı saydıqları bu sənətkarın cavanca oğlan olduğuna bir az təccübləndilər də.
O cağların çox sevilən “Azərbaycan gəncləri” qəzeti Zaur Əliyevin böyük sənətdə hamının rəğbəti ilə qarşılanan belə şimşək effektli görsənişi və parlayışını “Alqış, səhnəyə istedad gəlir!” rubrikasından dərc etdiyi “Zaurun əlləri” məqaləsi ilə salamladı.
...Qızı İlahə xanım kövrələ-kövrələ mənə atasının artıq yaşlı vaxtlarında avtomibil qəzasına uğramasından, huşu özünə qayıdınca bədəninin bütün başqa ağrılarını unudaraq tələm-tələsik əllərinə, barmaqlarına baxıb onların salamat, zədəsiz olmasını görüncə sevinərək köks ötürməsini danışır...
Zaurun əllərindən, barmaqlarından qopan səslər neçə gündür ki, mənimlədir.
Dinləyirəm, dönə-dönə dinləyirəm, dönə-dönə valeh oluram və ürəyimi onun kədərli taleyinin nisgili sıyırır.
Allahın güc bağışladıqlarının naçar duruma düşməsi, həmişə qəlb ağrıdır.
Yaxşı ki, Heydər Əliyev Fondu ahıl musiqiçilərə dayaq durmaqçün xeyirxah layihəsini başladı və onlara təqaüdlər ayırdı.
Bu sırada Zaur da vardı. Hətta ağlıma belə gətirmək istəmirəm ki, əvvəlcə Mədəniyyət Fondusunu yardımları, sonra isə bu təqaüd olmasaydı həyat məsələlərində çox fağır olan Zaur 1980-ci illərin sonlarının, 1990-cı illərin başlanğıcının qarışıqlıq, qıtlıq, sıxıntı dönəmlərində inə sarsıntılar yaşayardı.
...Vaqif Mustafadəni də mən çox sevirəm, haqqında da çox yazmışam, layiq olduğu qiymətinin vaxtında, yetərincə verilməməsinin nə qədər ədalətsiz olduğu barədə də düşüncələrimi kitablarımda, çıxışlarımda dəfələrlə bölüşmüşəm.
Zaurun muğam ifalarına, ayrı-ayrı bəstəkar mahnıları və xalq nəğmələri, onların aralarındakı muğamlı gəzişmələrinə qulaq asıram və bunları Vaqifin çalğıları ilə müqayisə edirəm.
Elə məqamlar var ki, hətta ayrırmaqda çətinlik çəkirsən hansı hansıdar.
Təbii, Vaqif Mustafazədə o çalğılarını Zaurdan sonra ifa ediyinə, lentə yazdırdığına, bu üslubu, bu yanaşma tərzini bir qədər də cilaladığna, irəlilətdyinə, caz şirinlikləri ilə bəzədiyinə görə daha da cəlbedici təsir bağışlayır.
Və biz Vaqifi yol, xətt yaradıcısı, muğamlı cazın ixtiraçısı kimi qavrayırıq.
Edək, amma zavallı Zauru da unutmayaq!
Axı çox gəzəlliklərin, məhz bu tərzin özünün artıq Zaurda olduğu tutuşdurmada əyaniləşir axı.
Hətta Zaurda sonralar Vaqifin daha bitkin, daha əhatəli bir şəkildə təqdim etdiyi muğam-caz bağlantılarının cücərtilərini, şitillərini, fidanlarını da sezirəm.
Səid Rüstəmov Zaura: “Sənin bir əlin Əhməd Bakıxanov, o biri əlin Şopendir”, – deyibmiş.
Bu müşahidə həqiqət var.
Lakin eyni musiqini Zaurun iki əli birlikdə ifa edirdi.
Həmin ayrı-ayrı qabiliyyətlərə, məktəblərə malik əlləri bir ürək idarə edirdi.e Zaurun ustalığı, təkrarsızlığı klassik Qərb tərzi ilə muğam və xalq musiqisinin ənənəvi üslubunu qaynaq etməkdə, həm estrada, həm də bir qədər caz dalğasını qovuşduraraq xırdalıqlarla zəngin, şirindən-şirin, cəlbedicidən cəlbedici yeni bir yol, yeni ifa tərzi yaratmaqdadır.
Bu dəyərləndirmə aparılmayıb, bu qiyməti verilməyib, bu halal haqqı onun adı ilə qoşa yazılmayıb.
Gərək edilə!
Yolu o qədər parlaq başlamış Zauru sındırıblar, xəstəliyə düçür ediblər, sonrakı daha artıq parlayışlarından onun özünü və bizi məhrum ediblər.
Yaşamağına yaşayıb, çalmağına çalıb, amma o parlaqlıqla ki o başlamışdı, o coşqu və ilhamla ki Zaur şimşəyi çaxmışdı, elə həmin sürəkliliklə, elə həmin vüsətlə davam edə bilsəydi, bizə yadigar qoyduqları indikindən qat-qat çox olardı.
İndi istedadlı pianoçularımız, pianoda xalq musiqimizi də, muğamları da bacarıqla ifa edənlərimiz az deyil.
Fəqət unutmayaq ki, yolun əvvəlində Zaur dayanır.
Həmin tərzi davam etdirənlərin ifasında Zaurun tapdıqlarının, gətirdiklərinin, yaratdıqlarının əks-sədası duyulur.
Yeniliklərlə, kəşflərlə, ilhamla daşan yolu söndürülməsə, soluxlaşdırılmasaydı, sonrakı ifaçılara saxlanc qalan öyrəniləsi, davam etdiriləsi Zaur qəlibləri, Zaur ülgüləri, Zaur çeşniləri də daha ziyadə ola bilərdi.
Bu qızı İlahə Kamyabın bir şeirindən parçadır:

Bir ürək var idi –
Qar kimi təmiz.
Bir ürək var idi –
Qar dələn nərgiz.
Uzaq laqeydlikdən,
Paxıllıq ona yaddı.
Sevgisini həmişə
Hamıya paylayardı.
Buludlar ağlayanda
Çətir olardı dosta.
Namərdlər tor qurdular,
Yay çəkib ox vurdular,
Sonra da da söylədilər
Ovub içini dələk,
Yaşamasın pak ürək.
...Yenə də doymadılar
Bundan soyumadılar.
Xışmalayıb əzdilər,
Yerinə daş əkdilər.

Zaur 2009-cu ildə həyatdan ayrılıb və ən adi admlardan biri kimi torpağa tapşırılıb. Bir kənd qəbristanında məzarı, üzərində baş daşı.
Amma həyat eşqi ilə dolu bir çiçək daş altından dikələrək gülümsəyən kimi Z aur da hər gün bizlərə qayıdır.
Dinləyirik və yenə oniilər öncəki kimi olur bizimlə birgə.
Yenə bizi öz ürəyi üstündə kökləyə, həyəcanlandıra, duyğulandıra, mahir barmaqlarının cazibəsində saxlaya bilir.
Canı olmayan, diri olmayan, bizimlə birgə olmayan belə möcüzəni yarada bilərmi?
Diridir ki, canlıdır ki, bizimlədir ki, bu gözəllilkləri doğura, bu hünəri göstərə bilir. Və nə qədər ki, Zaur çalır, həmişə də belə qalacaq!

Rafael Hüseynov

08.12.18

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook