RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Yeni dissertasiya şurasının ilk toplantısı + Foto Yan 14, 2020 | 19:31 / Tədbirlər

Azərbaycanın elm və mədəniyyət ocaqları sırasında xüsusi yeri olan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi 80 yaşının tamamında daha bir uğurlu başlanğıca imza atır.
Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayevin 2019-cu il 19 dekabrda imzaladığı əmrlə Nizami Gəncəvi adıa Milli Azərbaycan Ədəbiyyatı Muzeyi nəzdində ED 1.31 qeydiyyat nömrəsi ilə filologiya elmləri sahəsində fəlsəfə və elmlər doktoru dissertasiyalarının müdafiəsəi üçün Dissertasiya Şurası yaradılmışdır.
Uzun illər Respublikada Elmi Tədqiqatların Əlaqələndirilməsi Üzrə Filologiya Şurasına rəhbərlik etməklə, nəzdindəki doktorantura və dissertantura xətti ilə çoxsaylı qabil araşdırıcılar yetişdirməklə, mütəmadi olaraq təşkil etdiyi beynəlxalq və ölkə səviyyəli konfranslarla, nəşr etdiyi sanballı elmi məcmuələrlə Nizami muzeyi Azərbaycanın filologiya sahəsindəki aparıcı mərkəzlərindən birinə çevrilmişdir.
4 ixtisas üzrə fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsini təşkil etmək vəzifəsi daşıyan yeni Dissertasiya Şurası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin ölkənin elmi həyatındakı əhəmiyyətini daha da artıracaqdır.
Dissertasiya Şurasında 5715.01 -- Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid, 5716.01 -- Azərbaycan ədəbiyyatı, 5718.01 -- Dünya ədəbiyyatı (İran ədəbiyyatı), 5721.01 -- Mətnşünaslıq; mənəvi-mədəni irsə dair qədim əlyazmaların işlənməsi (tərcüməsi, tədqiqi və nəşrə hazırlanması) ixtisasları üzrə fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiələrinin keçirilməsi nəzərdə tutlur.
Dissertasiya Şurasının sədri Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynov, sədr müavini filologiya elmləri doktoru, professor Rəhilə Qeybullayeva, elmi katibi filologiya elmləri doktoru, professor Tofiq Məlikovdur.
Dissertasiya Şurasının, eləcə də Elmi Seminarın tərkibinə respublikanın görkəmli alimləri daxil edilmişlər.
Dissertasiya Şurası üzvləri ilə yanvarın 14-də keçirilən ilk görüşdə fəaliyyətin ən müasir elmi tələblər səviyyəsində, ədalətli, şəffaf, obyektiv qurulmasından ötrü, böyük elmə yalnız ən yaxşıların yolunu açan mötəbər münsif kimi qəbul edilə bilməkçün necə işləməli olmağın yolları barədə fikir mübadilələri aparıldı.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook