RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Deputatdan bütün müşküllərin həllini uman seçicilər haqlıdırmı və ya deputatın cavabdehliyi + Foto Yan 23, 2020 | 20:30 / Görüşlər

Artıq XXI əsərin ikinci onilinin ilk ayı da sona çatmaqdadır və vaxtın bu ucalığından arxaya baxarkən müstəqilliyimizin bərpası, xüsusən də 1990-cı illərin ikinci yarısından etibarən başlanan davamlı inkişafımız, Azərbaycanın ildən-ilə çoxalan uğurları, keçdiyimiz mübarizəli və zəfərli yollar, dünyada artan nüfuzumuz, bütün ölkə boyu gerçəkləşmiş quruculuq işləri haqqında düşünürkən ürəkdən məmnunluq və iftixar duyğusu keçir.
Ən ucqar kəndlərimizdə yeni inşa edilmiş məktəblərə baxırsan, fikirləşirsən ki, axı 40-50 il qabaq bu cür şəraiti olan, bu genişlikdə, bu gözəllikdə məktəblər nəinki rayon mərkəzlərində, heç paytaxt Bakıda da yox idi.
Sənaye müəssisələri deyirkən vaxtilə yalnız Bakı, Sumqayıt, Gəncəni göz önünə gətirirdiksə, indi bu inkişaf da bütün Azərbaycan boyuncadır.
Hələ yollar!
Həmişə xarici ölklərə gedib qayıdandan sonra təəssüf hissi keçirərdik ki, axı niyə bizdə bu cür rəvan, rahat yollar qura biılmirlər, niyə bu gün tikilən yol bir il sonra yamaq-yamaq olur, həndir-hamarlaşır.
Yanvarın 22-də Hacıqabul rayonundakı seçicilərlə görüşlərimin birincisini Muğan qəsəbəsindən başladım.
Əlbəttə, ümumi inkişaf, nailiyyətlərimiz bu qəsəbənin də həyatında müsbət izlərini qoyur, həyat şəraiti gün-gündən yaxşılaşır, amma rahatlıqlar, imkanlar artdıqca arzular da çoxalır. Və qısa ömrünün içərisində insanın xoşbəxt, güzəran çətinliklrindən uzaq yaşamaq istəyi çox anlaşılandır.
Söz yox, Muğan qəsəbəsinə çatmaqçün də yol keçib gəlirəm və şüşə kimi hamar asfalt yolu keçmişdəki kimi 1 saata deyil, 10-15 dəqiqyə qət edincə dərin razılıq hissi ilə həm dövlətimizə bu cür millətəxeyir işlərinə görə daha artıq güc arzulayıram, həm də qürur hissi keçirirəm ki, bu işin gerçəkləşməsinə aparan yolda mənim də zəhmətlərim var.
Dönə-dönə Nazirlər Kabinetinə də, Azəryola da müraciətlər etmişəm və nəhayət, qənaətbəxş cavab da almışam ki, layihə plana da salınıb, lazımi vəsait də ayrılıb, tezliklə işlər də başlanacaq. Bu 19 min əhailinin 10 yaşayış məntəqəsinin illərlə həsrətində, indi sahibi olduğu Qarasu - Abdulabad - Talış - Meyniman - Muğan avtomobil yoludur.
Yenə Muğandayam. Bu zəhmətkeş, saf adamlar vaxtilə “bircə yolumuz düzəlsin, ayrı dərdimiz yoxdur” deyirdilər.
Halbuki elə o vaxt da başqa çoxlu problemləri vardı. Ancaq ən mühümü yol idi ki, istəyirdilər ilk növbnədə məhz bu məsələ həlllini tapsın. Həmin məsələ ki, artıq daha əlçatmaz arzu yox hər gün istifdə edikləri rahatlıqdır, təbii olaraq həm yeni istəkləri yaranıb, həm də bir sıra köhnə qayğıları təzədən gündəmə gəlib.
Su həyatdır, su hər şeydir! Su xüsusən, kənd əhailsi, təsərrüfatla məşğul olanlarçün yalnız yaşamaq, əkib-becərmək vasitəsi deyil, onların daimi yol yoldaşı, arxası-dayağı, həmsöhbətidir.
Su Mərkəzi Aranda, o sıradan Hacıqabulda həmişə qıt olub, bu yerin adamları keçmişlərdə, xüsusən, içməli suyun əziyyətini az yaşamayıb.
Təqribən yarım əsr qabaq sovet hökuməti nəhayət ki, saysız müraciətləri eşidib, Muğan qəsəbəsində 350 evə su xətti çəkmişdi. İndi Muğan böyüyüb və burada artqı 1000-dən artıq ev var. Ümiumənsə, ilin 6 ayı onlar su sıxıntısı ilə üzbəüzdürlər.
Bəzən deyilirlər ki, deputatın məlum səlahiyyət çərçivəsi və görməli olduğu bəlli işlər var və olsun ki, bu cür yol, su və digər məişət, gündəlik güzəran qayğılarının heç Milli Məclis üzvünün funksiyalarına birbaşa aidiyyətu yoxdur, həmin işləri görməyə cavabdeh olan başqa quyrumlar mövcuddur.
Yaxşı bəs problem varsa, mən dı varamsa, bu insanlar dərdini bəs kimə deməlidir?
Mən yaxın zamanlarda tək Muğan qəsəbəsinin deyil. Hacıqabul və Kürdəmir kəndlərinin də suya bağlı çətinlikləri ilə əlaqədar topladığım məlumatları ümumiləşdirərək lazımi ünavanlara müracitlər edəcəyəm.
Ancaq yerindəcə görülə bilən işlər də var axı.
Muğanlılar şikayətlənir ki, məscidimiz çox köhnədir. Uçulub-dağılır, özümüz vəsait toplamıq, əsaslı təmir etmək istəyirik, icazə verilmir.
Elə oradanca məsləhət almaqçün Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri, dostum Mübariz Qurbanlıya müraciət edirəm.
İzah edir ki, məscid tarixi əhəmiyyətli memarlıq abidəsi kimi Mədəniyyət Nazirliyinin məlum siyahısına düşməyibsə (nbunlarınkı həmin siyahıda yoxdur), məscid vaxtilə rəsmi qeydiyyatdan keçibsə (bunlarınkı keçib), rəsmən ora bağlı din xadimi varsa (bunların da axundu var), məscidin məlum arxitektutarısına xələl gətirmədən əsaslı təmir işlərini aparmaq mümkündür.
Həm də əlavə olaraq Mübariz müəllim söyləyir ki, hər yerdə olduğu kimi Hacıqabulda da bizim təmsilçimiz var, onunla da əlaqə saxlasınlar, əlavə sualları çaxarsa istədikləri vaxt Komitəyə də baş çəkə bilərlər, nə kömək lazım olsa əsirgənməyəcək.
Problemlərdən qaçdıqca fizikanın məlum qanunlarının əksinə olaraq onlar səndən uzaqlaşdıqca kiçik görünməyə başlamırlar, əksinə böyüyürlər, sən onlardan aralandıqca onlar daha da qabarıqlaşır, iriləşirlər.
Deputat, bu doğrudur ki, hər mükülü həll etmək gücündə və səlahiyyətində deyil. Amma daim əlin camaatın nəbzində olmasına nə söz!
Ən azı sualları cavablara, məsələləri həllə doğru yönəltməyə, görülməli işləri görməyə bilavasitə cavabdeh olanları hərəkət gəlməyə dəvət etməyə ki imkan var!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook