RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Nizami muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan videokonfrans keçirilib + Foto May 11, 2021 | 12:25 / Konfranslar

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü mayın 10-da, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi sessiya ilə qeyd olunub.

“Heydər Əliyev yolu” adlı sessiyanı giriş sözü ilə açan muzeyin direktoru, akademik Rafael Hüseynov bildirib ki, 10 may tarixi də Azərbaycan üçün böyük bir bayramdır və həm də rəmzi bayramdır. Çünki bu əziz ad Azərbaycanın müstəqilliyi və nüasir dövlətimizin quruculuğu ilə birbaşa bağlıdır. Hələ SSRİ tərkibində olan Azərbaycan respublikasına rəhbərlik etdiyi dövrlərdən Heydər Əliyev müstəsna bir uzaqgörənliklə xalqının sabahı haqqında düşünərək son dərəcə vacib təməllər yaratmışdır. O, ixtisaslı hərbiçi kadrların yetişdirilməsi məqsədi ilə Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmışdı. Qısa müddətdə burada yetişən gənc hərbiçilər ozamankı Sovet İttifaqının müxtəlif guşlərində xidmət keçərək daha da təcrübələnmiş, 1980-ci illərin sonlarında Azərbaycan insanı müstəqillik çağırışı ilə meydanlara atılanda, öz ərazi bötüövlüyünü qorumaq üçün mübarizəyə başlayanda həmin hərbiçilərin əksəri Vətənə qayıtmış, xalqına xidmət etməyə başlamışlar.

Rafael Hüseynov vurğuladı ki, Heydər Əliyevinin xalqın gələcəyi ilə bağlı ən mühüm addımlarından biri də sovet dövründə azərbaycanlı gənclərin Sovet İttifaqının qabaqcıl ali məktəblərində təhsil almağa göndərilməsini təşkil etmək idi. Yüzlərlə gənc ayrılmış və hər il artan kvota üzrə Bakıda imtahan verərək SSRİ-nin ali məktəblərinə qəbul edilirdilər və həmin ixtisasların da əksəriyyəti Azərbaycan üçün çox lazımlı olsa da bizim ali məktəblərdə tədris edilmirdi.

Beləliklə, Azərbaycan müstəqillik əldə edəndə artıq ali təhsil alaraq Vətənə qayıtmış, müəyyən təcrübəyə malik o cavanlar müstəqillik yolunda irəliləyən Azərbaycana çox gərəkli oldular və faydalarını verməkdə davam edirlər.

1993-cü ildə müstəqilliyin böhranlardan keçərək irəliləməyə başladığı mürəkkəıb tarix kəsiyində Heydər Əliyev xalqın çağırışı ilə yenidən hakimiyyətə qayıtdı. Azərbaycan müstəqilliyini daxili və xarici təhdid və təhlükələrdən xilas edərək müasir, güclü dövlətimizi qurmağa başladı. Azərbaycanın sabahkı iqtisadi gücü və inkişafının bünövrəsinə çevriləcək neft müqavilələrinin bağlanması, dövlətimizin beynəlxalq əlaqələrinin qurulması, dünyadakı nüfuzunun artması səmtində Heydər Əliyevin 1990-cı illərdə gördüyü işlər sonrakı sıçrayışlı yüksəlişlərin təkanvericisinə çevrildi.

Onun apardığı ən diqqətəlayiq xətlərdən biri dünya azərbaycanlıları arasında əlaqələrin sıxlaşması və dərinləşməsi, diasporamızın ortaq Vətən ideyası ətrafında daha möhkəm birləşməsinə nail olamaq idi. Azərbaycanın Ermənistanın təcavüzündən azad edilməsi yolunda Heydər Əliyevin apardığı siyasi mübarizələrdə bu da başlıca istiqamətlərdən biri idi.

 Sonra muzeyin “Komprativistika və bədii tərcümə” şöbəsinin müdiri, professor Şəfəq Əlibəyli “Heydər Əliyev: xalq məhəbbəti” mövzusunda məruzə ilə çıxış edərək böyük liderin həyat həqiqətləri, onun xalqına həsr olunmuş keşməkeşli, müdrik dövlətçilik mücadiləsi haqqında maraqlı faktları diqqətə çatdırıb. Alim qeyd edib ki, “Ulu Öndərin xalq məhəbbəti  nəhayətsiz idi. Əbəs deyil ki, onun sevdiyi şeir Səməd Vurğunun “Azərbaycan”  şeiri,  sevimli şair  isə Şəhriyar idi. Elə bu da xalq sevgisini göstərən bir vəhdət idi”.

Daha sonra muzeyin “Yeni və müasir Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayeva “Heydər Əliyev və muzeylər” mövzusunda məruzə ilə çıxış edib. O, qeyd edib ki, Hələ 1970-ci illərdə ulu öndər Heydər Əliyev Azərbaycanda muzey işinin təkmilləşdirilməsinə ciddi diqqət yetirirdi. Nuranə Əsədullayeva bildirib ki, 1970-ci il yanvarın 30-da respublikada muzey işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında xüsusi qərar qəbul edilmiş, xalqımızın tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər tərəfindən respublikada müvafiq şəbəkənin genişləndirilməsi və onun maddi-texniki bazasının gücləndirilməsi daim diqqətdə saxlanılmışdır.

Elmi sessiyaya yekun vuran akademik Rafael Hüseynov bildirdi ki, Heydər Əliyev Azərbaycana inkişaf və yüksəlişin böyük yolunu yadigar qoydu və xoşbəxt insandır ki, bu yolu ləyaqətlə davam etdirən, Azərbaycan dövlətini daha böyük zəfərlərə aparan Prezident İlham Əliyev kimi davamçısı oldu. Bu yol davam etdikcə, Azərbaycan yüksəliş və tərəqqinin yeni üfüqlərini fəth etdikcə unudulmaz ümummilli lider, Ulu Öndər Heydər Əliyevin də adı həmişə minnətdarlıqla anılacaq.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook