RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Vətənim” verlişinin Cəlil Məmmədquluzadəyə həsr olunan altıncı və yeddinci buraxılışları yayımlanıb May 27, 2024 | 12:52 / Verilişlər

Mədəniyyət kanalında “Vətənim” verlişinin böyük yazıçı-dramaturq, maarifçi-publisist, naşir Cəlil Məmmədquluzadəyə həsr olunmuş altıncı və yeddinci buraxılışları yayımlanıb.

Veriliş Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında efirə gedib.

Diqqətə çatdırılıb ki, Cəlil Məmmədquluzadənin ilk yaradıcılıq dövrü 1905-ci il inqilabına qədər davam edib. Bu dövrdə “Çay dəstgahı” adlı alleqorik mənzum dramını, “Danabaş kəndinin əhvalatları” povestini, “Danabaş kəndinin məktəbi”, “Kişmiş oyunu”, “Poçt qutusu” hekayələrini yazıb. Ədibin yaradıcılığının birinci dövrünə aid olan bu ilk əsərlərində inqilabdan əvvəlki dövrdə Azərbaycan kəndlisinin həyat və məişətinin müxtəlif cəhətləri əks olunub. Mirzə Cəlilin ilk məlum nəsr əsəri 1894-cü ildə yazılmış “Danabaş kəndinin əhvalatları” povestidir. 

Akademik Rafael Hüseynov bildirib ki, ilk nömrəsi 1906-cı il aprelin 7-də çıxan “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyub. Həmin vaxtdan Mirzə Cəlil artıq Molla Nəsrəddin adı ilə tanınıb. "Molla Nəsrəddin" jurnalı Cəlil Məmmədquluzadənin şah əsəridir. Publisistin təbliğ etdiyi dərin demokratiya və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırıb. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edib, “Qeyrət” mətbəəsində axtarışlar aparıb, bəzən də “Molla Nəsrəddin”in nəşrini dayandırıb.

Qeyd olunub ki, XX əsr Azərbaycan dramaturgiyasının inkişafında yeni bir mərhələni təşkil edən ədibin “Ölülər” komediyası 1909-cu ildə yazılıb. Əsərdə din, mövhumat və feodal həyat tərzi əleyhinə mübarizə öz əksini tapıb. “Ölülər”də cəhalət, gerilik, ikiüzlülük və yalan ifşa olunur. Əsər ilk dəfə 1916-cı ilin aprelində səhnəyə qoyulub.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook