RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Vətənim” verlişinin Cəlil Məmmədquluzadəyə həsr olunan beşinci buraxılışı yayımlanıb May 13, 2024 | 13:07 / Verilişlər

Mədəniyyət kanalında “Vətənim” verlişinin böyük yazıçı-dramaturq, maarifçi-publisist, naşir Cəlil Məmmədquluzadəyə həsr olunmuş beşinci buraxılışı yayımlanıb.

Veriliş Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında efirə gedib.

Akademik Rafael Hüseynov bildirib ki, Cəlil Məmmədquluzadə ədib realist hekayələri, povestləri, dram əsərləri (“Dəli yığıncağı”, “Anamın kitabı”, "Ölülər") ilə Azərbaycan ədəbiyyatına dəyərli töhfələr verib. O, publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirib.

Diqqətə çatdırılıb ki, Mirzə Cəlil mövcud "hakim for­ma­la­rın” ağrı-acı­sını ya­şamış, dövrün doğurduğu bu mürəkkəbliklər və ziddiyyətlər bö­yük sə­nətkarın ədə­bi və publisistik irsinin nəşri tale­­yinə təsirsiz qalmamış, həm sağlığında, həm də son­­ra­lar böyük maneələr törət­mişdir.

Beşinci buraxılışda Seyid Hüseynin Cəlil Məmmədquluzadəyə xalq arasında olan sevginin hekayətləri ilə bağlı dediklərindən bəhs olunub. Həmçinin Yusif Vəzir Çəmənzəminlinin böyük ədibi "yeni ədəbiyyatın başçısı" sayaraq, ona yüksək qiymət verdiyi bildirilib. Bundan başqa, "Ölülər"in Təbriz tamaşasında Şeyx Nəsurullah rolunu ifa edən Əli Azərin Mirzə Cəlillə görüşlərindən danışılıb.

Vurğulanıb ki, yurd və millət naminə deyilməli sözlərin ən vaciblərini dilə gətirməyi bacardığına görə nə qədər zaman keçsə də Cəlil Məmmədquluzadənin kitabları və "Molla Nəsrəddin" dərgisi qocalmayacaq.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook