RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
İl onun, meydan onun meydanıdır Yan 30, 2019 | 16:16 / Yubileylər

Bugünün televiziyasının ilk vəzifəsi hər an barmağının cəmiyyətin nəbzində olmasıdır.
Təcrübəli televiziyaçı və bişkin jurnalist MİRŞAHİN bunu yaxşı bilir və bu həqiqəti bilən başqa televiziyaçılardan da əsas fərqi odur ki, bildiyinə əməl də edir.
REAL TV təzə fəaliyyətə başlasa da, Mirşahin köhnə Mirşahindir və bir çağdaş televiziya üçün gərək olan keyfiyyətləri burda gerçəkləşdirməkdədir.
Baxacağınız və dahi İmadəddin Nəsimiyə həsr edilən bu veriliş mən artıq Strasburqda olanda efirə gedib.
Amma lentə alınması Fransaya, Avropa Şurası sessiyasına uçacağım günün axşamı idi.
Profil verilişinin qabil aparıcısı Kamran Qasımov da, mən də bu sorğunu yazmağa vaxtı qaçhaqaçda tapa bildik. 
Təbii ki, daha asudə vaxtda gərginliksiz, daha rahat və bəlkə bundan bir az da məzmunlu söhbət edə bilərdik.
Lakin televiziya elə bu deməkdir.
İl Nəsiminin ilidirsə və hər gün bu babətdə təzə bir sual ortaya çıxırsa, bunlara alimin, sənət adamının, hökumət təmsilçilərinin verməli olduğu cavablarla yanaşı televiziyanın da hökmən nümayiş etdirməli olduğu ani münasibətgöstərmə borcu var.
Elə bu borcu anlamaq duyğusu Mirşahini də, onun əməkdaşlarını da, məni də yönəltdi ki, bugünün işini sabaha, yəni ən azı bir həftə sonraya qoymayaq.
Xəbərlər, soraqlar, yanaşmalar gərək soyumasın, silinsiməsin, daldan atılaraq topuğa dəyən daşa oxşamasın.
Hər işi vaxtında, hər sözü zamanında!
İlimiz Nəsimi ilidir.

Böyük əzabkeşimiz özü: "Dövr anın, dövran anın dövranıdır" söyləmişdi.
Zamanlar ötsə də, gücünü hifz edən haqq sözə nə deyəsən?!
İL ONUN, MEYDAN ONUN MEYDANIDIR.

Rafael Hüseynov

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook