RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Əməkdar artist Yaqub Zurufçunun solo-konserti anşlaqla keçib Okt 13, 2019 | 22:17 / Tədbirlər

Oktyabrın 12-də Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçunun Bakıda möhtəşəm solo-konserti olub.

Heydər Əliyev Sarayında təşkil olunan konsertdə Y.Zurufçunu Dövlət Xalq Çalğı Alətləri Orkestri və Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının xoru və rəqs kollektivi müşayiət edib.

Konsertdən əvvəl AZƏRTAC-a açıqlama verən müğənni həmişə olduğu kimi, bu dəfə də xalq və bəstəkar mahnılarına üstünlük verəcəyini deyib. Bildirib ki, sevilən bir çox mahnılarını da səsləndirəcək. Sonuncu dəfə on il əvvəl M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert verdiyini bildirən müğənni bu konsertin də maraqlı və yaddaqalan olacağını vurğulayıb. Konsertin Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirildiyini söyləyən Y.Zurufçu bu işdə zəhməti olan hər kəsə təşəkkür edib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov çıxış edərək müğənninin yaradıcılığı, vətən qarşısında gördüyü işlər və sənətə sevgisindən danışıb. Qeyd edib ki, Yaqub Zurufçunun repertuarı həmişə Azərbaycan bəstəkarlarının əsərləri ilə zəngindir və ifaları hamının qəlbini oxşayır.

“Bir insan çox böyük müğənni də ola bilər, şair də, rəssam da... Ancaq bunların hamısından öncə o, yurduna, vətəninə bağlı olmalıdır. İnsan hər şeydən öncə xalqının məhəbbətini qazanmalıdır. Yaqub Zurufçu belə sənətkarlardandır. Xalqının məhəbbəti onun könlündə nəbz kimi çırpınır. Yaqub Zurufçu xoşbəxt insandır ki, xalqın ürəyindən keçənləri deməyi, oxumağı bacarır. Onun əsrarəngiz ifaları, həm də dünya azərbaycanlılarını birləşdirməyə xidmət edir, könül quşu kimi uçan nəğmələri qəlblərdə əks-səda yaradır. Çünki onu Yaqub Zurufçu edən Azərbaycan və azərbaycançılıq eşqidir. Yaqub Zurufçunun konserti bu gün burada insanları yaxınlaşdırır, ruh və ürək birliyi yaradır”, - deyə R.Hüseynov söyləyib.

Müğənnini konserti münasibətilə təbrik edən natiq ona yeni yaradıcılıq uğurları arzulayıb.

Sonra konsert proqramı təqdim olunub.

Müğənninin məlahətli və əsrarəngiz ifası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook