RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
AMEA Dil Komissiyasının iclasında Orfoqrafiya lüğətinin hazırlanma qaydaları ilə bağlı müzakirələr aparılıb Noy 14, 2017 | 09:11 / Mühüm hadisələr

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron Akt zalında AMEA Dil Komissiyasının növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 70 illik yubileyində etdiyi proqram xarakterli çıxışında dilimizin inkişafı ilə bağlı çağırışları istiqamətində görülən işlər barədə məlumat verib. Alim bildirib ki, ölkə başçısının çağırışlarına cavab olaraq AMEA-da ardıcıl işlər həyata keçirilir.

Qeyd olunub ki, AMEA Rəyasət Heyətinin iclasında Azərbaycan dilinin saflığının qorunması istiqamətində aparılmış tədqiqatlar haqqında elmi məruzə dinlənilib. Bundan başqa, müstəqillik dövrünün Orfoqrafiya lüğətinin yaradılmasına dair AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə təşkilat komitəsi və işçi qrupu yaradılıb. Ana dilimizə sevgi yaratmaq, gənclərdə milli vətənpərvərlik ruhunu aşılamaq məqsədilə keçirilən “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsi də bu istiqamətdə həyata keçirilən uğurlu layihələrdəndir.

Daha sonra çıxış edən Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu müsabiqə haqqında məlumat verib. Bildirib ki, komissiyaya müsabiqədə iştirak etmək üçün 140 ərizə daxili olub və onlardan 75 nəfəri müsabiqədə iştirak edib. İştirakçılar  beş mərhələdən - inşa, ifadə yazısı, dialektlər, görkəmli şəxsiyyətlər üzrə yazı və bədii qiraət mərhələlərindən keçiblər.

İclasda professorlar Sayalı SadıqovaƏlizadə ƏsgərliQəzənfər Kazımovİsmayıl Kazımov çıxış edərək müsabiqənin keçirilməsinin əhəmiyyətindən bəhs ediblər.

Tədbirdə, həmçinin Orfoqrafiya lüğətinin hazırlanması qaydaları və prinsipləri ilə bağlı son vəziyyət müzakirə edilib.

Sonda akademik İ.Həbibbəyli vurğulayıb ki, ana dilimizin daha da inkişaf etdirilməsi naminə keçirilən “Ana dilimiz - milli varlığımızdır” müsabiqəsi əhəmiyyətli layihədir. Akademik layihənin gələn ildən etibarən hər il davamlı keçirilməsini və təkcə Bakıda deyil, regionlarda da təşkilinin zəruri olduğunu bildirib.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook