RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Dek 27, 2017 | 22:13 / Axşam görüşləri
İlayrıcı arzuları: "Axşam görüşləri"nin 2017-ci ildə efirə getmiş verilişlərinə həsr olunmuş buraxılışının anonsu

Atalar bu həqiqəti lap çoxdan təsdiqləyib. Tək biz deyilik ki! Min il, milyon il əvvəl də insan dəyişən gün haqqında da düşünüb, qaçan vaxtın etibarsızlığının fikrinə də dalıb, sabahkı günün ötənkindən daha yaxşı olacağına ümid də bəsləyib. 
Sanki zahirən heç bir fərq yoxdur, gün gündür. Yenə ötənlərdə söyləndiyi kimi aydır, gündür gəlir-gedir ömürdən. Amma bəs nə sirdir ki, uşaqlı-böyüklü hamı ilin son gününə, son axşamına, son gecəsinə büsbütün qeydi-adi bir ömür parçası kimi yanaşır. 
Hər halda mütləq illər ayrıcındakı bu gündə nəsə bir sehr var ki, hələ lap yaxınlaşmağa başlayandan içərimizi xoş ovqatla, işılı bir intizarla doldurur. 
2017-nin bitəcəyində, yeni 2018-ci ilin astanasında bütün Azərbaycanı, xalqımın hər övladını ürəkdən təbrik edir, təzə il içərisində bütün saf, xeyirli niyyətlərinizin çin olmasını arzulayıram!
2017-ci il bu millətin tarixində qaçqınlığın, köçkünlüyün son ili olsun! 
İstiqlalımız növbəti ildə indikindən də qat-qat qüvvətli, yurdumuz hər zaman olduğundan daha qüdrətli, daha yenilməz olsun!
İnsanlarımız daha səmimi, daha mehriban, daha gözütox, daha insaflı, daha mərhəmətli, daha əzmkar, daha mətin olsun!
Həsəd, kin-küdurət, təkəbbür kimi insanı içəridən qocaldan unulmaz hisslər sizlərdən uzaq düşsün!
Bizə qənim kəsilənləri, bizi gözü götürməyənləri tale öz bitməz qayğı və müşkülləri ilə məşğul etsin! 
Ümidləriniz doğrulsun, arzularınız gerçəkləşsin, sevinclər, fərəhlər, uğurlar təzə ilin hər günündə yol yoldaşınız olsun!

Azərbaycan Radiosunda dekabrın 26-da saat 23-də FM 105 tezliyində səslənən və artıq yeni 2018-ci ildə, yanvarın 2-də saat 21.30-da təkrarlanacaq “Axşam görüşləri” başa çatan il boyu olmuş görüşlərimizi bir daha vərəq-vərəq çevirəcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook