RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəElanlar
Onun sönməyən işığı Noy 22, 2018 | 01:07

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində görkəmli ədib və ədəbiyyatşünas alim Mir Cəlalın xatirə gecəsi

AZTV 
MƏDƏNİYYƏT KANALI
27 noyabr 2018 saat 21.00

Ötən ayın son günündə - oktyabrın 31-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin İstiqlal zalı mehriban xatirələrin işığına bürünmüşdü. Bir zanmanlar bu binaya hər gün işə gedib-gəlmiş, neçə əsərinin müzakirəsi burada keçirilmiş, qələm dostları ilə bu məkanda illər boyu qayğılarını, düşüncələrini, arzularını bölüşmüş unudulmaz Mir Cəlal yenə qayıtmışdı.
Elə keçmişlərdə olduğu kimi canlı surəti, səsi də burdaydı, haqqında söylənən isti xatirələrlə elə özü də nəfəsi duyulacaq qədər yaxında idi.
Müasirləri, doğmaları, tələbələri danışırdılar.
Siz hər biriniz Mir Cəlalı, əlbəttə ki, əsərlərindən tanıyırsınız.
Amma inanıram ki, iki saat yarımlıq xatirə gecəmizi izlədikdən sonra siz Mir Cəlalı həm bir yazıçı, həm insan olaraq daha yaxından tanıyacaq, daha artıq sevəcəksiniz və içərinizdə bu ehtiyac da yaranacaq ki, onun tanış kitablarını yenidən açasınız.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook